Yehovanın Şahidləri sionistdirlər?
Xeyr, onlar sionist deyillər. Əsil məsihçilər olan Yehovanın Şahidlərinin etiqadları Müqəddəs Yazılara əsaslanır. Bəzi dinlər öyrədirlər ki, guya yəhudilərin Fələstində toplaşmaları Müqəddəs Kitabda qabaqcadan peyğəmbərlik edilmişdir, lakin Yehovanın Şahidləri bu fikirlə razılaşmırlar. Onlar həmin ərazidə gedən siyasi irəliləyişlərin öncədən Müqəddəs Yazılarda qeydə alınmasına inanmırlar. Əslində, Müqəddəs Kitabın heç bir yerində hər hansısa hökumətin, etnik qrupun və ya millətin digərindən üstün olduğu fikri yazılmayıb. Yehovanın Şahidlərinin rəsmi jurnalı olan «Gözətçi qülləsi»ndə birmənalı şəkildə qeyd olunmuşdu: «Allahın Kəlamı siyasi Sionizmi dəstəkləmir».
Bir ensiklopediyada Sionizm «məqsədi yəhudiləri bir xalq kimi Fələstində yaratmaq və dəstəkləməkdən ibarət olan millətçilik hərəkatı» kimi təsvir olunur («Encyclopædia Britannica»). Bunun da kökündə həm din, həm də siyasət durur. Yehovanın Şahidləri Sionizmin dini təlim olduğunu demir və onlar siyasi Sionizmə qarşı tamamilə bitərəf mövqe tuturlar.
Dini təşkilat olan Yehovanın Şahidləri, Sionizm də daxil olmaqla, heç bir siyasi işlərə qarışmırlar. Onların siyasi məsələlərdə neytral qalmaları sübut olunmuşdu. Şahidlər bəzi ərazilərdə bitərəf mövqelərində güzəştə getmədikləri üçün şiddətli təqiblərə məruz qalmışdılar. Biz əminik ki, yer üzündə əbədi sülhü insan hökumətləri və hərəkatları yox, yalnız və yalnız Allahın səmavi Padşahlığı yaratmağa qadirdir.
Yehovanın Şahidlərinin etiqadlarının əsas prinsipi harada yaşamalarından asılı olmayaraq, dövlətin qanunlarına tabe olmaqdır. Onlar hökumət rəhbərlərinə qarşı üsyan qaldırmır və ya silahlı toqquşmalarda iştirak etmirlər.