Yüzlərlə dildə olan videolar
Yehovanın Şahidləri öz tərcümə işləri ilə tanınırlar. 2014-cü ilin noyabr ayına qədər biz 125 dildə Müqəddəs Kitab, 742 dildə isə ona əsaslanan ədəbiyyatları tərcümə etmişik. Biz videolar da tərcümə edirik. 2015-ci ilin yanvar ayına kimi «İbadət görüşlərimiz necə keçirilir» videosu 398 dilə, «Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?» videosu isə 569 dilə tərcümə edildi. Bu işlər nə üçün və necə görüldü?
2014-cü ilin mart ayında Yehovanın Şahidlərinin Rəhbərlik Şurası bütün filiallara göstəriş verdi ki, Müqəddəs Kitab dərslərindən bəhs edən videonu çoxlu dillərdə səsləndirsinlər.
Videonun tərcümə prosesi bir neçə mərhələdən keçir. Əvvəlcə yerli tərcüməçilər mətni tərcümə edir. Sonra videonu səsləndirməsi üçün oxucu seçirlər. Daha sonra isə səsyazma şöbəsi tərcümə olunmuş mətni səsləndirir, redaktə edir və ekran yazılarını qoyaraq sayta yerləşdirir.
Bəzi filiallar səsyazma studiyaları yaradıldı və operatorlara təlim keçirildi. Bəs həmin mətnlər ucqar ərazilərdə yaşayan insanların dilində necə görüləcəkdi?
Dünyanın dörd bir yanında audio texniklər portativ səsyazma sistemi ilə işləyirlər. Mikrofondan, içində səsyazma proqramı olan noutbukdan istifadə edərək ofisdə, ibadət evində və ya şəxsi evlərdə müvəqqəti səsyazma studiyası düzəldib işləyirlər. Yerli dildə danışan insanlar oxucu, rejissor və mətn yoxlayan işləyir. Səsyazma qurtarandan və təsdiqlənəndən sonra operator ləvazimatlarını toplayıb digər yerə gedir.
Bu yolla videolar əvvəlkindən üç dəfə daha çox dildə səsləndirilir.
İnsanların bu videolara münasibəti möhtəşəm olmuşdu. Bir çox insan üçün bizim videolar öz ana dillərində baxdıqları ilk video olmuşdu.
Bu dillərdən biri olan pityantyatyara dilidir. Avstraliyada yaşayan 2500 nəfər bu dildə danışır. Səsyazma Şimal ərazilərində yerləşən Alis-Sprinqsdə baş tutdu. Səsyazmada əməyi keçmiş Kallan Tomas demişdi: «Video çox gözəl alındı. Yerli sakinlər videonu böyük maraqla izləyirdi. Onlar bu haqda əlavə məlumat almaq üçün nə etməli olduqlarını soruşurdular. Bu dildə ədəbiyyat tapmaq müşkül məsələdir. Onlar bu videoya baxanda heyrətə gəldilər».
Kamerundan olan iki Yehovanın Şahidi ağacdan oyulmuş kanoe ilə axına qarşı üzdülər. Onlar gəlib Piqme kəndində dayandılar və yerli məktəbdə müəllim işləyən başçı ilə danışdılar. Qardaşlar biləndə ki, kənd başçısı basa dilində danışa bilir planşeti açıb yerli dildə «Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?» videosunu göstərdilər. Başçı çox təəccübləndi və bir neçə çap olunmuş nəşrimizi götürdü.
İndoneziyadakı bir kənddə din rəhbərinin Yehovanın Şahidlərindən xoşu gəlmirdi. O, həmin ərazidə paylanılan bütün ədəbiyyatlarımızı yandırmışdı. Digər kənd sakinləri isə Yehovanın Şahidlərini ibadət evlərini yandırmaqla təhdid edirdi. Bir müddət sonra dörd polis Yehovanın Şahidinin evinə gəlib, onu və ailəsini dindirdi. Polislər ibadət görüşlərinin necə keçirildiyi ilə maraqlandılar. Yehovanın Şahidi də onlara indoneziya dilində «İbadət görüşlərimiz necə keçirilir?» videosunu göstərdi.
Videoya baxandan sonra polislərdən biri dedi: «İndi anlayıram ki, camaat sizi səhv başa düşüb». Digər bir polis isə soruşdu: «Olar mən bu videonu başqalarına da göstərim? Bu videoda sizin haqqınızda dəqiq məlumat var». Polis artıq Yehovanın Şahidlərinə müsbət yanaşır və onları müdafiə edir.
Əgər siz hələ də bu videolara baxmamısınızsa, onda sizi bu videolara baxmağa dəvət edirik.