11 İYUL 2019
YUNANISTAN
2019-cu il «Məhəbbət heç vaxt tükənmir!» adlı beynəlxalq toplantı (Yunanıstan, Afina)
Tarix: 5—7 iyul 2019-cu il
Məkan: «Afina Olimpiya» stadionu (Yunanıstan, Afina)
Proqramın dilləri: alban, ingilis, yunan, yunan jest dili, qaraçı dili (cənubi Yunanıstan dialekti), rus
İştirakçıların ən yüksək sayı: 36873
Vəftiz olunanların ümumi sayı: 406
Beynəlxalq nümayəndələrin sayı: 6000
Dəvət olunmuş filiallar: Albaniya, Ermənistan, Avstralaziya, Bolqarıstan, Mərkəzi Amerika, Mərkəzi Avropa, Fici, Yaponiya, Qırğızıstan, Şimali Makedoniya, Türkiyə, ABŞ
Yerli ərazidə baş vermiş hadisə. Bir turizm agenti deyib: «Ömür boyu turizm agenti işləmişəm, lakin indiyə qədər dünyanın heç bir yerində səyyahların bu səviyyədə təşkil və idarə olunduğunu görməmişəm. Dünən sizi müşahidə edirdim. Gözlərimə inanmadım! Siz 2600 nəfəri bir saat içində bir çox mütəxəssislərdən də daha yaxşı təşkil etdiniz. Lakin ən çox sizin təbəssümünüzə heyranam. İnanın, illərdir bu sahədə işlədiyim üçün insanların “peşəkarcasına”, yəni ürəkdən gülümsədiyini sezirəm. Siz hamınız ürəkdən gülümsəyirsiniz».
Toplantıdan qabaq stadionda hazırlıq işləri görən 4000 könüllüdən bəziləri
Gənclər Yunanıstana gələn nümayəndələri qarşılayır
Vəftiz olunan 406 yeni Yehovanın Şahidindən biri
Tədbir məkanının qaraçı dili sektorunda şəkil çəkdirən bacılar. Yunanıstanda keçirilən bu beynəlxalq toplantıda proqram ilk dəfə olaraq qaraçı dilində təqdim olunub
Nümayəndələr yerli bacı-qardaşlarla xidmətdə
Qədim Yunanıstan xarabalıqlarına baş çəkən nümayəndələr
Həvari Bulusun Yunanıstandakı xidmətindən bəhs edən və axşam tədbirində səhnələşdirilən Müqəddəs Kitab dramı
Bacı-qardaşlar nümayəndələr qarşısında məşhur sirtaki rəqsini ifa edirlər
Bacı Yunanıstanın milli simli musiqi aləti olan buzukidə ifa edir
Nümayəndələr yunan sözləri öyrənir
Rəhbərlik Şurasının üzvü Deyvid Spleyn toplantının üçüncü günündə məruzə ilə çıxış edir. Çıxış yunan dilinə tərcümə edilir
Xüsusi tamvaxtlı xidmətçilər toplantının sonuncu günündə iştirakçılarla vidalaşır