Kontentə keç

Madaqaskardakı dindaşlarımız «Mətta» bölməsinin (soldan sağa) tandroy, tankarana və vezo dillərində çıxdığına görə sevinirlər

19 YANVAR 2024
MADAQASKAR

Müqəddəs Kitabın «Mətta» bölməsi Madaqaskarda üç dildə işıq üzü gördü

Müqəddəs Kitabın «Mətta» bölməsi Madaqaskarda üç dildə işıq üzü gördü

7 yanvar 2024-cü ildə Müqəddəs Kitabın «Mətta» bölməsi tandroy, tankarana və vezo dillərində işıq üzü gördü. Bununla əlaqədar olaraq Madaqaskarda bu dillərdə danışılan üç müxtəlif ərazidə xüsusi proqram keçirildi. Proqramda iştirak edənlər nəşrin çap nüsxəsini əldə etdilər. Nəşri həmçinin elektron formatda da yükləmək mümkün idi.

Tandroy

Madaqaskar filialının komitə üzvü Paul Rahacanirina qardaş Ambuvumbe şəhərindəki ibadət evində toplaşan 442 nəfərlik auditoriya qarşısında Müqəddəs Kitabın «Mətta» bölməsinin tandroy dilində çıxdığını elan etdi. Bundan əlavə, proqrama videokonfrans vasitəsilə 681 nəfər də qoşulmuşdu. Hazırda Madaqaskarda 25 tandroydilli yığıncaq və qrupda 662 dindaşımız xidmət edir.

Tankarana

Filial komitəsinin üzvü Roland Rafalibera qardaş Antseranana şəhərindəki toplantı zalında keçirilən xüsusi proqramda Müqəddəs Kitabın «Mətta» bölməsinin tankarana dilində çıxdığını elan etdi. Proqramda canlı şəkildə iştirak edənlərin ümumi sayı 904 nəfər, videokonfrans vasitəsilə qoşulanların sayı isə 1218 nəfər olub. Madaqaskarda 28 tankaranadilli yığıncaq və qrupda 1000-dən çox bacı-qardaşımız xidmət edir.

Vezo

Filial komitəsinin üzvü Kristofer Tomas qardaş Tuliara şəhərindəki ibadət evində keçirilən xüsusi proqramda Müqəddəs Kitabın «Mətta» bölməsinin vezo dilində çıxdığını elan etdi. Proqramda canlı şəkildə 1290 nəfər iştirak edib, onu videokonfrans vasitəsilə izləyənlərin sayı isə 305 nəfər olub. 20 vezodilli yığıncaq və qrupda ümumilikdə 706 bacı-qardaşımız xidmət edir.

Bu proqramların müxtəlif yerlərdə keçirilməsinə baxmayaraq, «Mətta» bölməsini aydın, dəqiq və başa düşülən dildə oxuya biləcəklərinə görə dindaşlarımızın ürəyi eyni dərəcədə minnətdarlıq və sevinclə dolub-daşırdı.

Yehovaya minnətdarıq ki, Madaqaskardakı tandroy, tankarana və vezo dilində danışan dindaşlarımız artıq bu bölməni öz dillərində oxuya biləcəklər. Əminik ki, bu nəşr onlara Allaha izzət gətirməyə və Ona olan imanlarını möhkəmləndirməyə kömək edəcək (Mətta 5:3).