Kontentə keç

Şiddətli daşqınların ən çox ziyan vurduğu ərazilər (Kanadanın qərbi)

26 NOYABR 2021
KANADA

«Atmosfer çayı» Kanadanın qərbində daşqınlara səbəb olub

«Atmosfer çayı» Kanadanın qərbində daşqınlara səbəb olub

2021-ci il 13—15 noyabr tarixlərində meteoroloji hadisə olan «atmosfer çayı» Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində güclü yağışlara səbəb olub. İyirmi əraziyə rekord miqdarda yağıntı düşüb. Belə ki, bəzi ərazilərdə üç gün ərzində 250 millimetrdən çox yağış yağıb. Bunun ardınca daşqın və torpaq sürüşmələri baş verib: yollar bağlanıb, əhali təxliyə olunmaq məcburiyyətində qalıb, turistlər evlərinə dönə bilməyib.

Bacı-qardaşlara təsiri

  • Bacı-qardaşlar arasında xəsarət alan yoxdur.

  • 144 təbliğçi təxliyə edilib.

  • Ən azı 35 evə ziyan dəyib.

Yardım işləri

  • Kanada filialı Zərərçəkənlərə yardım komitəsi təyin edib.

  • Təhlükəli zonadan təxliyə olunmuş bacı-qardaşları yaxın şəhərlərdə yaşayan qohumları və dindaşları qəbul edib.

  • Rayon nəzarətçiləri və yığıncaq ağsaqqalları zərərçəkmiş ailələrə baş çəkib təsəlli verirlər.

  • Hakimiyyət orqanlarının icazə verdiyi yerlərdə Zərərçəkənlərə yardım komitəsi Yerli layihə-inşaat şöbəsi ilə birgə evlərə dəymiş ziyanın həcmini müəyyən edir və təmir işlərini təşkil edir.

  • Bütün yardım işləri COVID-19 pandemiyası ilə əlaqədar təhlükəsizlik qaydalarına uyğun həyata keçirilir.

Bu təbii fəlakətdən zərər çəkmiş bacı-qardaşlarımızın çoxu üç ay bundan əvvəl, 2021-ci ilin avqust ayında, güclü meşə yanğınları zamanı artıq bir dəfə evlərini tərk etmişdi. Ekstremal hava şəraitinin və təbii fəlakətlərin adi hal olduğu bir vaxtda Yehovanın xalqı fəlakət çantalarını (içində ərzaq olmaqla) hazır vəziyyətdə saxlamaq göstərişinə əməl edir.

Təbii fəlakətlərin tezliyi və miqyası artsa da, Yehovanın bizi xilas etməyə qadir olduğuna imanımızı heç vaxt itirməyəcəyik (Həbquq 3:17, 18).