Kontentə keç

6 NOYABR 2024
İSPANİYA

Dağıdıcı sellər İspaniyanın cənub-şərqini viran qoydu

Dağıdıcı sellər İspaniyanın cənub-şərqini viran qoydu

29 oktyabr 2024-cü ildə güclü yağışlar İspaniyanın cənub-şərqində sellərə səbəb oldu. Valensiya vilayətinin bir neçə ərazisində cəmi səkkiz saat ərzində illik yağış norması yağıb. Misal üçün, Turis şəhərində 64 santimetrə qədər yağış yağıb. Daşqın və torpaq sürüşmələri bir çox şəhərləri palçıq altında qoyub, yolları və körpüləri yuyub aparıb. Minlərlə insan qidasız, susuz və işıqsız qalıb. 217 nəfər həyatını itirib, çoxlu sayda insan itkin düşüb.

Bacı-qardaşlara təsiri

  • Təəssüf ki, 77 yaşlı bir bacımız həyatını itirib

  • 19 təbliğçi təxliyə olunub

  • 1 ev dağılıb

  • 21 evə ciddi ziyan dəyib

  • 27 evə cüzi ziyan dəyib

  • 157 dindaşımızın şəxsi avtomobilini sel aparıb

  • 3 ibadət evinə ciddi ziyan dəyib

Yardım işləri

  • Filial nümayəndələri, rayon nəzarətçiləri və ağsaqqallar daşqından zərərçəkənlərə ruhani və mənəvi köməklə yanaşı, əməli kömək də göstərirlər

  • Yardım işlərinə nəzarət etmək üçün Zərərçəkənlərə yardım komitəsi yaradılıb

  • Daşqının təsir etmədiyi ərazilərdə yaşayan bacı-qardaşlar qapılarını təbii fəlakət ucbatından evlərini tərk etmiş dindaşlarına açıblar

İspaniyada baş verən bu dağıdıcı daşqından zərər çəkmiş dindaşlarımıza görə çox qüssələnirik. Allahın Kəlamı vəd edir ki, Yehovaya güvənən və Ona sığınanlar daha heç nədən qorxmayacaqlar (Əşiya 12:2). Bu vəd bizə qəlb rahatlığı və güc verir.