Mühüm hadisələr. Gürcüstan
17 YANVAR 2017—AİHM «Tsartsidze» işi üzrə qərarında qət edir ki, Gürcüstan məhkəmələrinin hakimləri və hüquq-mühafizə orqanlarının əməkdaşları Yehovanın Şahidlərini dini ekstremistlərin zorakı hücumlarından müdafiə edə bilməyib
10 DEKABR 2014—Gürcüstanda «Yehovanın Şahidlərinin Məsihi Yığıncağı» ictimai hüquq qaydalarına uyğun qeydiyyatdan keçir. Bu, Yehovanın Şahidləri təşkilatına yeni status verir
7 OKTYABR 2014—AİHM «Beğeluri» işi üzrə qərarında qət edir ki, Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları Yehovanın Şahidlərini dini ekstremistlərin zorakı hücumlarından müdafiə edə bilməyib
6 APREL 2013—Yehovanın Şahidləri Tbilisidəki filiallarını genişləndirir
3 MAY 2007—Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) «Qldani» işi üzrə qərarında qət edir ki, Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları Yehovanın Şahidlərini dini ekstremistlərin zorakı hücumlarından müdafiə edə bilməyib
28 NOYABR 2003—Gürcüstanda «Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyətinin (ABŞ, Pensilvaniya) filialı» təkrar qeydiyyatdan keçir və təqiblər səngiyir
22 FEVRAL 2001—Gürcüstan Respublikasının Ali Məhkəməsi Yehovanın Şahidlərinin qeydiyyatını ləğv edir. Təqiblər şiddətlənir
17 OKTYABR 1999—Qldanidə izdihamın Yehovanın Şahidlərinə hücumu ilə bütün Gürcüstan ərazisində Şahidlərə qarşı təqiblər şiddətlənir
27 APREL 1999—Gürcüstan Avropa Şurasının 41-ci üzvü olur
11 İYUN 1998— Gürcüstanda «Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyətinin (ABŞ, Pensilvaniya) filialı» qeydiyyatdan keçir
17 APREL 1998—Şahidlər hüquqi şəxs kimi «Yehovanın Şahidlərinin Birliyi» təşkilatını qeydiyyatdan keçirir
1969—Yehovanın Şahidləri qrup şəklində ibadət etməyə başlayır
1953—Nasist həbs düşərgəsində olarkən Yehovanın Şahidi olmuş Gürcüstan Sovet Sosialist Respublikasının bir vətəndaşı geri qayıdır və təbliğ etməyə başlayır