Kontentə keç

28 AVQUST 2020
CƏNUBİ KOREYA

Cənubi Koreyada rekord həddə çatan leysan yağışları dağıntılar törədib

Cənubi Koreyada rekord həddə çatan leysan yağışları dağıntılar törədib

Məkan

Cənubi Koreya

Təbii fəlakət

  • İlk dəfə idi ki, Koreyada musson yağışları bu qədər müddət davam edirdi

  • Arası kəsilmədən yağan yağışlar daşqın və torpaq sürüşmələrinə səbəb olub

Bacı-qardaşlara təsiri

  • 16 təbliğçi evlərini müvəqqəti tərk edib

Əmlaka dəyən ziyan

  • 30 evə ziyan dəyib

  • 19 ibadət evinə ziyan dəyib

Yardım işləri

  • Koreya filialı üç Zərərçəkənlərə yardım komitəsi təyin edib

  • Komitələr və rayon nəzarətçiləri yerli ağsaqqallarla birgə fəlakət zonasındakı bacı-qardaşlara kömək edirlər

  • Ziyan dəymiş evlər və ibadət evləri təmizlənir və bərpa edilir

Hadisə

  • Qardaşımız Min-son Li və onun həyat yoldaşı fəlakətdən güclü zərər çəkmiş Kure şəhərində yaşayır. Onlar bütün əşyalarını qoyub evlərini təcili şəkildə tərk etməli oldular. Onların evini tamamilə su basmışdı. Yardım işlərinə başlamaq təhlükəsiz olanda komitədən olan qardaşlar onların evlərini təmizlədilər və onları lazımi əşyalarla təmin etdilər. Komitədə xidmət edən qardaşlar onlara təsəlli verdilər və ruhən dəstək oldular. Bacımız Li hisslərini belə ifadə etdi: «Onlara çox minnətdaram. Onların əlləri qızıldır. Onlar hər şeyi nəzərə aldılar və sanki öz evləri üçün çalışırdılar. Mən çox şeyimi itirdim, amma əldə etdiklərim bundan da çoxdur».

Biz «hər cür təsəlli Allahı» olan Yehovaya necə də minnətdarıq ki, O, bu çətin günlərdə Koreyadakı bacı-qardaşların qayğısına qalır (2 Korinflilərə 1:3, 4).