Allahın Padşahlığı nələri həyata keçirəcək?
Müqəddəs Yazıların cavabı
Allahın Padşahlığı insan hökumətlərinin hamısını əvəz edəcək və bütün Yer kürəsini idarə edəcək (Daniel 2:44; İncil, Vəhy 16:14). O zaman Allahın Padşahlığı aşağıdakıları həyata keçirəcək:
öz eqoistliyi ilə hamımıza zərər vuran pisləri məhv edəcək. «Pis adamlar bu torpaqdan atılacaq» (Süleymanın məsəlləri 2:22);
müharibələrin hamısına son qoyacaq. «[Allah] yerin ucqarlarınadək döyüşləri dayandırar» (Zəbur, Məzmur 46:9);
bütün yer üzündə firavanlığı və təhlükəsizliyi bərqərar edəcək. «Hər kəs öz meynəsinin, əncir ağacının altında əyləşəcək, onları qorxudan olmayacaq» (Peyğəmbərlərin kitabı, Mikeya 4:4);
yer üzünü Cənnətə çevirəcək. «Səhra və quru torpaq sevinəcək, çöl şadlanacaq, nərgiz kimi çiçəklənəcək» (Peyğəmbərlərin kitabı, Yeşaya 35:1);
hər bir insanı faydalı və zövq verən işlə təmin edəcək. Allah deyir: «Seçilmişlərim əllərinin işlərindən zövq alacaq. Onlar boş yerə əlləşməyəcək» (Peyğəmbərlərin kitabı, Yeşaya 65:21—23);
xəstəliklərə son qoyacaq. «Orada yaşayan: xəstəyəm deməyəcək» (Kitabı Mukaddes, Yeşaya 33:24).
qocalığı aradan qaldıracaq. «Bədəni uşaq bədəni kimi təzə olar, yeniyetməlik dövrünə qayıdar» (Əyyub 33:25);
ölüləri yenidən həyata qaytaracaq. «Qəbirlərdə olanların hamısı onun [İsa Məsihin] səsini eşidəcək» və diriləcək (İncil, Yəhya 5:28, 29).