Kontentə keç

© Kim, Hyun-tae/iNaturalist. Licensed under CC-BY-4.0

TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?

Yapon ağac qurbağasının səsi

Yapon ağac qurbağasının səsi

 Erkək yapon ağac qurbağaları təkrarlanan və qeyri-ardıcıl çıxardıqları səslə tanınırlar. Bununla belə, səs-küy salan böyük qurbağa qrupunun içindən ayrı-ayrı erkəklərin səsini ayırd etmək mümkündür. Yaponiyada qurbağaları araşdıran tədqiqatçılar müəyyən etmişlər ki, bunun sirri eyni ərazidə yaşayan erkək qurbağaların dişi qurbağaları müəyyən nizamla səsləməsidir.

 Düşünün. Erkək yapon ağac qurbağaları dişi qurbağaları cəlb etmək üçün səs çıxarırlar. Qurbağanın boğazında şişən səs kisəsi var. Səs telləri vasitəsilə çıxardıqları səs həmin kisədə rezonans yaradaraq güclənir.

 Bəs bir erkəyin səsini digərindən necə ayırmaq olar? Tədqiqatçılar müəyyən etmişlər ki, yapon ağac qurbağaları qeyri-ardıcıl deyil, bir-birini gözləyərək növbə ilə səs çıxarırlar. Nəticədə, qarışıqlıq yaranmır, hər erkəyin səsi aydın eşidilir və qurbağa lazımsız güc sərf etmir. Bundan əlavə, qurbağalar nizamlı şəkildə səs çıxardıqları üçün səslər arasında fasilə verə bilirlər.

 Qurbağaların nizamlı şəkildə səs çıxarmasından ilhamlanan tədqiqatçılar simsiz rabitə ilə məlumatların ötürülmə tezliyini yaxşılaşdırmaq üçün mürəkkəb riyazi hesablamalardan istifadə edirlər. Nəticədə, məlumatlar eyni vaxtda ötürülmür və qarışıqlıq yaranmır. Üstəlik, məlumatları etibarlı şəkildə ötürmək və enerjiyə qənaət etmək olur.

 Necə düşünürsünüz? Yapon ağac qurbağalarının nizamlı şəkildə səs çıxarmaq bacarığı təkamülün nəticəsidir, yoxsa yaradılış möcüzəsi?