Kontentə keç

Mündəricatı göstər

John Moore/Getty Images

Sağlamlıq problemləri. Allahın Padşahlığı buna əncam qılacaq?

Sağlamlıq problemləri. Allahın Padşahlığı buna əncam qılacaq?

 «COVID-19-un qlobal pandemiya kimi sona çatması o demək deyil ki, bu virus insanların həyatı üçün artıq təhlükəli deyil... Növbəti pandemiya başlayanda (bu isə mütləq olacaq) biz buna hazır olmalıyıq» (Tedros Adhanom Qebreyesus, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, 22 may 2023-cü il).

 Bir çox insanlar hələ də COVID-19 pandemiyasının səbəb olduğu fiziki və əqli sağlamlıq problemlərindən əziyyət çəkir. Hökumətlər və sağlamlıq təşkilatları növbəti pandemiyaya hazır olacaqlar? Bəs hal-hazırda sağlamlığımızda olan problemləri onlar həll etməyə kömək edə bilər?

 Müqəddəs Kitabda bizə sağlamlığımızdakı bütün problemləri həll etməyə kömək edəcək bir hökumətdən danışılır. Orada deyilir ki, «göylərin Allahı bir padşahlıq quracaq» (Dənyal 2:44). Bu Padşahlıq hökmranlıq edəndə «heç bir sakin “xəstəyəm” deməyəcək» (Əşiya 33:24). Hamı sağlam və gümrah olacaq (Əyyub 33:25).