ANMA MƏRASİMİ İLƏ BAĞLI KAMPANİYA
İsa Məsih cinayətkarlığa son qoyacaq
İsa Məsih cinayətkarlığın və ədalətsizliyin qurbanı olmağın nə demək olduğunu yaxşı bilirdi. O, haqsız yerə ittiham edilmiş, döyülmüş, işgəncələrə məruz qalmış və təqsirli bilinərək edam edilmişdi. Günahsız olmasına baxmayaraq, o, «bir çoxları uğrunda həyatını fidyə kimi» təqdim etdi (Mətta 20:28; Yəhya 15:13). Tezliklə İsa Məsih Allahın Padşahlığının Padşahı kimi yer üzündə cinayətkarlığa və ədalətsizliyə son qoyaraq insanlara olan məhəbbətini bir daha sübut edəcək (Əşiya 42:3).
İsa Məsih hərəkətə keçəndən sonra yer üzündə həyatın necə olacağı Müqəddəs Kitabda belə təsvir olunub:
«Artıq pis adam olmayacaq, yerinə baxacaqsan, o, yoxdur. Həlimlər yer üzünə sahib olacaq, əmin-amanlığın bolluğundan həzz alacaqlar» (Zəbur 37:10, 11).
İsa Məsihin bizim üçün etdiklərinə və gələcəkdə edəcəyi işlərə görə öz minnətdarlığımızı necə bildirə bilərik? Luka 22:19 ayəsində İsa Məsih öz davamçılarına demişdi ki, onun ölüm gününü yad etsinlər. Bu səbəbdən, Yehovanın Şahidləri İsa Məsihin ölümünün ildönümündə birlikdə toplaşırlar. Bazar günü 24 mart 2024-cü il tarixində keçiriləcək bu mərasimə sizi də dəvət edirik.