Kontentə keç

Mündəricatı göstər

CreativeDesignArt/DigitalVision Vectors via Getty Images

OYAQ QALIN!

İrqi bərabərlik sadəcə bir xülyadır? Müqəddəs Kitabda bu barədə nə deyilir?

İrqi bərabərlik sadəcə bir xülyadır? Müqəddəs Kitabda bu barədə nə deyilir?

 Çoxları üçün irqi bərabərlik sadəcə bir xülyadır.

  •    «İrqçilik hakimiyyət institutlarını, ictimai strukturları və insanların gündəlik həyatını zəhərləməyə davam edir. O, hələ də bərabərsizliyin arxasında duran əsas amildir» (Antonio Quterreş, BMT-nin Baş katibi).

 Nə vaxtsa irqi bərabərlik olacaq? Müqəddəs Kitabda bu barədə nə deyilir?

Allah fərqli irqlərdən olan insanlara necə yanaşır?

 Müqəddəs Kitab bu suala cavab verir.

 Müqəddəs Kitabdan öyrənirik ki, bütün insanların kökü birdir və Allahın gözündə bütün irqlərdən olan insanlar bərabərdir.

Bütün dünyada irqi bərabərlik olacaq

 İrqi bərabərliyə Allahın Padşahlığı, yəni səmavi hökumət sayəsində nail olunacaq. Bu hökumət insanları bir-biri ilə düzgün rəftar etməyi öyrədəcək. İnsanlar irqçilik hissi ilə mübarizə aparmağı öyrənəcəklər.

  •    «Yerin sakinləri salehliyi [öyrənəcəklər]» (Əşiya 26:9).

  •    «Əsil salehlik sülh gətirəcək, əsil salehliyin bəhrəsi daimi dinclik, əmin-amanlıq olacaq» (Əşiya 32:17).

 Bu gün milyonlarla insan Müqəddəs Kitab sayəsində başqalarının ləyaqətini uca tutmağı, onlarla hörmətlə davranmağı öyrənirlər.