Başqalarına kömək et, tənhalığa qalib gəl. Müqəddəs Kitabda bu barədə nə deyilir?
Bu gün dünyada insanlar özlərini tənha və təcrid olunmuş hiss edirlər. Sağlamlıq üzrə bəzi mütəxəssislər hesab edirlər ki, başqalarına kömək etmək bu cür hisslərə qalib gəlməyə kömək edir.
«Köməyə ehtiyacı olanlara dayaq olmaq həyatımıza məna qatır və özümüzü tənha, başqalarından təcrid olunmuş hiss etməməyə kömək edir» (ABŞ-nin Milli Sağlamlıq İnstitutları).
Başqalarına necə kömək edə bilərik? Müqəddəs Kitabda buna dair praktiki məsləhətlər var. Bu məsləhətləri tətbiq etməklə tənhalıq hissinə qalib gələ bilərik.
Nə edə bilərsən?
Səxavətli ol. İnsanlarla vaxt keçirmək üçün fürsət axtar. Əlində olan şeyləri başqaları ilə bölüş. Belə davransan, insanlar sənə minnətdar olacaqlar və bu sənə onlarla dostlaşmağa kömək edəcək.
Müqəddəs Kitab prinsipi: «Həmişə verin, onda sizə də verəcəklər» (Luka 6:38).
Gücünü başqalarından əsirgəmə. Darda olan insanlara kömək etmək üçün fürsətlər axtar. Məsələn, onlara diqqətlə qulaq as və ya yüklərini yüngülləşdirmək üçün nələrsə et.
Müqəddəs Kitab prinsipi: «Əsl dost hər zaman sevər» (Məsəllər 17:17).
Başqaları ilə yaxşı münasibət qurmaq üçün daha nələr edə bilərsən? Əlavə məlumat almaq üçün «Ailə və dostluq» məqaləsini oxu.