Nəğmə 146
«Bunu mənim üçün etdiniz»
Yüklə:
-
Məsihin səmavi gəliniylə birgə
Şahidlər çalışır çiyin-çiyinə.
Onlara edilən yaxşılıq heç zaman
İsa Məsihin yayınmaz gözündən.
(NƏQARƏT)
«Təsəlli verəndə sizlər onlara,
Təsəlli verdiniz elə bil mənə.
Onlarçün zəhmət çəkəndə ürəkdən,
Qulluq etdiniz elə bil mənə,
Qayğımı çəkdiniz elə bil mənim».
-
«Ac susuz olanda qeydimə qaldınız,
Mən korluq çəkəndə tək qoymadınız».
«Bunları nə zaman eylədik?» — soranda,
Həmin vaxt Padşah deyəcək onlara:
(NƏQARƏT)
«Təsəlli verəndə sizlər onlara,
Təsəlli verdiniz elə bil mənə.
Onlarçün zəhmət çəkəndə ürəkdən,
Qulluq etdiniz elə bil mənə,
Qayğımı çəkdiniz elə bil mənim».
-
«Tam sadiq qaldınız, yaydınız siz müjdə
Ruhla məsh olunmuş nökərlə birgə.
«Gəlin, ey qullarım, yeri alın miras», —
Həlim kəslərə deyəcəkdir Padşah.
(NƏQARƏT)
«Təsəlli verəndə sizlər onlara,
Təsəlli verdiniz elə bil mənə.
Onlarçün zəhmət çəkəndə ürəkdən,
Qulluq etdiniz elə bil mənə,
Qayğımı çəkdiniz elə bil mənim».
(Həmçinin baxın: Məs. 19:17; Mət. 10:40—42; 2 Tim. 1:16, 17.)