Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 88

Mənə yollarını öyrət

Mənə yollarını öyrət

(Zəbur 25:4)

  1. 1. Yehova, taxtın önündə toplaşdıq,

    Gəlmişik Sənin dəvətinlə.

    Nurlu Kəlamın bizimçün çıraqdır,

    İdrak bəxş edirsən elminlə.

    NƏQARƏT

    Lütfən, öyrət mənə yollarını,

    Qoy dərk edim müdrik sözlərini.

    Haqq yolunda mətin addımlayım,

    Sevgi dolu qanunların sevim.

  2. 2. Sənin hikmətin ümmandan da dərin,

    Adil hökmlərin təsəllidir.

    Lətif kəlmənə vurğunam, Yehova,

    Sənin Kəlamın dürr-incidir!

    NƏQARƏT

    Lütfən, öyrət mənə yollarını,

    Qoy dərk edim müdrik sözlərini.

    Haqq yolunda mətin addımlayım,

    Sevgi dolu qanunların sevim.