NƏĞMƏ 146
Allah hər şeyi təzə edir
-
1. Göydə qurulub Allahın Şahlığı,
Məsih irs alıbdır taxtı-tacı.
Şeytan xar oldu, arındı göylər,
Rəbbin niyyəti həyata keçər.
NƏQARƏT
Allah bizimlə olacaq,
Çadrı yerdə qurulacaq.
Ağrı-acı tezliklə yox olar,
Düşmən ölüm tamam məğlub olar.
Allah yerdə edir yeni şeylər,
Doğrudur, bil, bu sözlər.
-
2. Qoy hamı görsün müqəddəs şəhəri,
Günəştək parlaq təzəgəlini.
Rəbbin calalı gur işıq saçır,
Nuru aləmə daim yayılır.
NƏQARƏT
Allah bizimlə olacaq,
Çadrı yerdə qurulacaq.
Ağrı-acı tezliklə yox olar,
Düşmən ölüm tamam məğlub olar.
Allah yerdə edir yeni şeylər,
Doğrudur, bil, bu sözlər.
-
3. Rövnəq mənbəyidir Rəbbin şəhəri,
Bu yer olacaq cahanın fəxri.
Xalqlar nurunda daim yeriyir,
Qövmü bu nuru indi əks edir.
NƏQARƏT
Allah bizimlə olacaq,
Çadrı yerdə qurulacaq.
Ağrı-acı tezliklə yox olar,
Düşmən ölüm tamam məğlub olar.
Allah yerdə edir yeni şeylər,
Doğrudur, bil, bu sözlər.
(Həmçinin baxın: Mət. 16:3; Vəhy 12:7—9; 21:23—25.)