Lukanın yazdığı müjdə 8:1—56

  • İsanın ardınca gedən qadınlar (1—3)

  • Əkinçi məsəli (4—8)

  • Məsəllərin məqsədi (9, 10)

  • Əkinçi məsəlinin mənası (11—15)

  • Çırağın üstünü örtmürlər (16—18)

  • İsanın anası və qardaşları (19—21)

  • İsa fırtınanı sakitləşdirir (22—25)

  • Cinlər donuzların içinə girir (26—39)

  • Yairin qızı; İsanın paltarına toxunan qadın (40—56)

8  Bunun üstündən bir qədər vaxt keçdi. İsa şəhərbəşəhər, kəndbəkənd gəzərək Allahın Padşahlığı haqqında müjdəni təbliğ edirdi.+ On iki həvari,  həmçinin cinlərdən qurtulmuş və xəstəliklərdən şəfa tapmış bəzi qadınlar: yeddi cindən azad edilmiş Məcdəlli adlanan Məryəm,  Hirodun evində eşikağası olan Huzanın arvadı Yuhənnə+, Süsən və bir çox başqa qadınlar onunla idi. Qadınlar İsa ilə şagirdlərinə qulluq edir, nələri vardısa onlarla bölüşürdülər.+  İsanın ətrafına çoxlu adam, o cümlədən başqa şəhərlərdən gələnlər də yığışmışdı. İsa sözə başlayıb bir məsəl çəkdi:+  «Bir əkinçi toxum səpməyə çıxdı. Toxum səpərkən bəzi toxumlar yol kənarına düşdü, ayaq altında qalıb tapdalandı və göyün quşları onları dənlədi.+  Başqaları daşlığa düşüb orada bitdi, amma rütubət olmadığından qurudu.+  Digərləri tikanlığa düşdü. Tikan kolları onlarla birgə boy atıb onları boğdu.+  Bəzi toxumlar isə münbit torpağa düşdü və böyüyüb yüzqat bar verdi».+ Məsəli qurtarandan sonra İsa ucadan dedi: «Qulağı olan eşitsin!»+  Şagirdləri İsadan bu məsəlin mənasını soruşdular.+ 10  O dedi: «Sizə Allahın Padşahlığının müqəddəs sirlərini başa düşmək ənamı verilib, başqalarına isə bunlar məsəllərlə söylənilir+ ki, baxanda heç nə görməsinlər, eşidəndə mənasını dərk etməsinlər.+ 11  Məsəlin mənası isə budur: toxum Allahın sözüdür.+ 12  Toxumun yol kənarına düşməsi o deməkdir ki, insanlar Allahın sözünü eşidir, amma sonra İblis gəlir və sözü onların ürəyindən götürüb aparır ki, onlar inanıb xilas olmasınlar.+ 13  Toxumun daşlığa düşməsi o deməkdir ki, insanlar Allahın sözünü eşidib sevinclə qəbul edir, amma kök atmırlar. Onlar bir müddət inanır, amma sınağa düşən kimi imandan dönürlər.+ 14  Toxumun tikanlığa düşməsi o deməkdir ki, insanlar Allahın sözünü eşidirlər, amma başları həyatın qayğılarına, var-dövlətə+ və zövq-səfaya+ qarışdığından tamamilə boğulurlar və bəhrələri dəymir.+ 15  Toxumun münbit torpağa düşməsi isə o deməkdir ki, yaxşı və gözəl ürəkli insanlar Allahın sözünü eşidib onu ürəyində qoruyur+ və dözümlə bəhrə gətirirlər.+ 16  Heç kəs çırağı yandırıb üstünü qabla örtmür, ya da onu çarpayının altına qoymur. Əksinə, onu çıraqdana qoyur ki, içəri girənlər işığı görsün.+ 17  Çünki elə bir sirr yoxdur ki, bir gün aşkar olmasın. Elə bir gizli şey yoxdur ki, bir gün üstü açılmasın, aşkar edilməsin.+ 18  Buna görə də necə qulaq asdığınıza fikir verin, çünki kimin varıdırsa, ona daha çox veriləcək,+ kimin yoxudursa, ondan varıdır deyə zənn etdiyi şey də alınacaq».+ 19  İsanın anası və qardaşları+ onun yanına gəldilər, lakin basabas olduğundan onun yanına keçə bilmədilər.+ 20  Onda İsaya dedilər: «Anan və qardaşların bayırdadırlar, səni görmək istəyirlər». 21  İsa onlara dedi: «Mənim anam və qardaşlarım Allahın sözünü dinləyib ona əməl edənlərdir».+ 22  Bir gün İsa şagirdləri ilə qayığa minib dedi: «Gəlin gölün o biri tərəfinə üzək». Onlar sahildən aralandılar.+ 23  Onlar qayıqla üzərkən İsa yuxuya getdi. Birdən göldə güclü bir fırtına qopdu və qayığa su dolmağa başladı. Onlar böyük təhlükədə idilər.+ 24  Şagirdlər İsaya yaxınlaşıb onu oyadaraq: «Müəllim, Müəllim, batırıq!» — dedilər. İsa durub küləyi və coşmuş dalğaları ram etdi. Külək dayandı, dalğalar yatdı. Ətrafa sükut çökdü.+ 25  İsa onlara dedi: «Hanı sizin imanınız?» Amma şagirdləri qorxu bürümüşdü və onlar çaşqınlıq içində bir-birinə deyirdilər: «Bu kimdir ki, hətta küləyə və suya əmr edir, onlar da itaət edirlər?!»+ 26  Onlar Cəlilə ilə üzbəüz olan gerasalıların torpağına+ yan aldılar. 27  İsa sahilə çıxanda o şəhərin sakini ilə rastlaşdı. Bu adamın içinə cin girmişdi. O, uzun müddət idi ki, çılpaq gəzirdi, evdə yox, sərdabələrin arasında yaşayırdı.+ 28  O, İsanı görən kimi bağırdı və qarşısında yerə sərilib bərkdən qışqırdı: «Ey Allah-Taalanın Oğlu İsa! Məndən nə istəyirsən? Yalvarıram sənə, mənə əzab vermə».+ 29  (Çünki İsa murdar ruha ondan çıxmağı əmr edirdi. Onu tez-tez cin tuturdu*.+ Dəfələrlə onu zəncirləyib qandallamış və keşiyini çəkmişdilər. O isə buxovları qırırdı və cin onu çöl-biyabana qovurdu.) 30  İsa ondan soruşdu: «Adın nədir?» O cavab verdi: «Legion»*. Çünki onun içinə çoxlu cin girmişdi. 31  Cinlər İsaya yalvarırdılar ki, onları dibsiz quyuya* göndərməsin.+ 32  Bu vaxt dağda böyük donuz sürüsü+ otlayırdı. Cinlər İsaya yalvardılar ki, onlara donuzlara girməyə icazə versin. İsa icazə verdi.+ 33  Cinlər o adamdan çıxıb donuzlara girdilər və bütün sürü uçurumdan gölə atılıb boğuldu. 34  Bunu görən çobanlar qaçıb baş verənləri şəhərdə və kəndlərdə danışdılar. 35  Camaat nə baş verdiyini görmək üçün oraya axışdı. İsanın yanına gələndə gördülər ki, içindən cin çıxmış adam əynində paltar, ağlı başında İsanın ayaqlarının yanında oturub. Onlar bərk qorxdular. 36  Hadisəni öz gözləri ilə görənlər içinə cin girmiş adamın necə yaxşılaşdığını onlara danışdılar. 37  Gerasa torpağının camaatı İsadan xahiş etdi ki, çıxıb getsin, çünki onları dəhşət bürümüşdü. İsa qayığa mindi və sahildən aralanmaq istəyəndə 38  cinlərdən azad edilmiş adam yalvardı ki, o da onunla getsin. Amma İsa etiraz edib dedi:+ 39  «Evinə qayıt və Allah sənin üçün nə edibsə, hamısını camaata danış». Onda həmin adam gedib İsanın onun üçün nə etdiyini bütün şəhər əhlinə danışdı. 40  İsa geri qayıdanda camaat onu sevinclə qarşıladı, çünki hamı onun yolunu gözləyirdi.+ 41  Bu zaman sinaqoq rəisi, Yair adında bir adam gəlib İsanın ayaqlarına düşdü və yalvar-yaxar edib ondan evinə gəlməyini xahiş etdi.+ 42  Onun on iki yaşında olan yeganə qızı ölüm ayağında idi. İsa yolla gedərkən camaat onu sıxışdırırdı. 43  Düz on iki il idi ki, qanaxmadan əziyyət çəkən+ və heç kimin sağalda bilmədiyi bir qadın+ 44  arxadan yaxınlaşıb İsanın paltarının saçağına toxundu+ və o andaca qanaxması dayandı. 45  İsa soruşdu: «Mənə kim toxundu?» Heç kim boynuna almayanda Butrus dedi: «Müəllim, camaat səni dövrəyə alıb sıxışdırır».+ 46  Amma İsa dedi: «Mənə kimsə toxundu, çünki məndən qüvvə+ çıxdığını hiss etdim». 47  Gizlin qala bilmədiyini başa düşən qadın titrəyə-titrəyə gəlib İsanın ayaqlarına yıxıldı və ona nə üçün toxunduğunu və dərhal sağaldığını hamının qarşısında danışdı. 48  İsa ona dedi: «Bacım*, imanın səni sağaltdı. Salamat get».+ 49  İsa hələ danışarkən sinaqoq rəisinin yaxın adamlarından biri gəlib dedi: «Qızın öldü. Daha Ustada əziyyət vermə».+ 50  İsa bunu eşidən kimi Yairə dedi: «Qorxma, sən bircə inan. Qızın xilas olacaq».+ 51  Onlar evə çatanda İsa Butrusa, Yəhyaya, Yaquba və qızın ata-anasından başqa heç kimə özü ilə içəri girməyə icazə vermədi. 52  Hamı kədər içində idi. Onlar qızı ağlayır, sinə döyürdü. İsa onlara dedi: «Bəsdir ağladınız,+ qız ölməyib, yatır».+ 53  Onda camaat ona gülməyə başladı, çünki qızın öldüyünü bilirdilər. 54  İsa qızın əlindən tutub səslədi: «Bala, dur!»+ 55  O dirildi*+ və dərhal ayağa qalxdı.+ İsa buyurdu ki, qıza yemək versinlər. 56  Uşağın ata-anasının sevinci yerə-göyə sığmırdı, lakin İsa onlara tapşırdı ki, bu hadisəni heç kimə danışmasınlar.+

Haşiyələr

Digər variant: o, artıq xeyli vaxt idi ki, murdar ruhun əsarətində idi.
Qədim Roma ordusunun baş hərbi hissəsi legion adlanırdı. Bu söz burada çoxluq mənasında işlənir.
Hərfən: qızım.
Hərfən: ruhu (həyat qüvvəsi) qayıtdı.