Zəbur 62:1—12
Dirijora. Yaditun* üçün. Davudun məzmuru.
62 Sakitcə Allahı gözləyirəm,Qurtuluşum Ondandır.+
2 O, mənim qayam, xilaskarım, qalamdır,+Sarsılmaram, yıxılmaram.+
3 Nə vaxtadək adamın üstünə gəlib qanını tökməyə can atacaqsınız?+
Hər biriniz əyilmiş divar, bir üfürümə bənd daş divar kimi xatalısınız*.
4 Adamı şərəfdən salmaq üçün məşvərət qururlar,Yalanı sevirlər.
Dildə xeyir-dua, ürəkdə isə lənət oxuyurlar.+ (Selah)
5 Ey qəlbim, sükut et, Allahı gözlə,+Çünki ümidim Ona bağlıdır.+
6 O, mənim qayam, xilaskarım, qalamdır,Əsla sarsılmaram.+
7 Qurtuluşum, şərəfim-şanım Allahdandır,Sarsılmaz qayam, pənahım Allahdır.+
8 Ey insanlar, daim Ona güvənin.
Ürəyinizi Ona açın.+
Allahdır sığınacağımız.+ (Selah)
9 İnsan adi bir nəfəsdir,Bəşər oğlu yalandır,+Hamısını toplayıb tərəziyə qoysan, nəfəsdən də yüngül gələr.+
10 Quldurluğa güvənməyin,Soyğunçuluğa arxalanmayın əbəs yerə,Var-dövlətiniz çoxalsa da, ürəyinizi ona bağlamayın.+
11 Allah bir dəfə dedi, mən iki dəfə eşitdim:
Qüdrət Allahındır!+
12 Məhəbbət də Sənindir, ey Yehova,+Hər kəsə əməlinə görə verirsən.+
Haşiyələr
^ Digər variant: ey sizlər, sanki, o, bir əyilmiş divar, bir üfürümə bənd daş divardır.