Zəbur 4:1—8

  • Təvəkkül duası

    • «Hirslənəndə günah işləməyin» (4)

    • «Rahat yataram» (8)

Dirijora. Simli alətlərin müşayiətilə. Davudun məzmuru. 4  Ey adil Allahım,+ çağıranda mənə hay ver. Darda olduğum zaman məni genişliyə çıxar. Mənə lütf eylə, duamı eşit.   Siz, ey bəşər oğulları, nə vaxtadək şərəfimi tapdalayacaqsınız? Nə vaxtadək fani şeyləri sevəcəksiniz,Yalan dalınca qaçacaqsınız? (Selah)   Bilin ki, Yehova Öz sadiq bəndəsini ucaldar;Mən çağıranda Yehova eşidər.   Hirslənəndə günah işləməyin,+Yatağınızın içində, ürəyinizdə danışın, səsiniz çıxmasın. (Selah)   Salehlik qurbanları gətirin. Yehovaya güvənin.+   Çoxları: «Kim bizi ağ günə çıxaracaq?» — deyir. Ey Yehova, üzünün nurunu üstümüzə sal.+   Sən qəlbimi sevinclə doldurmusan,Bol məhsulu, təzə şərabı olanların sevincindən də böyük bir sevinclə.   Rahat uzanıb yataram,+Yehova, yalnız Sənin sayəndə arxayın yaşayıram.+

Haşiyələr