Zəbur 19:1—14
Dirijora. Davudun məzmuru.
19 Göylər Allahın əzəmətini bəyan edir,+Asiman əllərinin işindən danışır.+
2 Hər gün dillərindən sözlər süzülür,Hər gecə bir hikmət açırlar.
3 Nə bir söz, nə bir kəlmə,Nə bir səs eşidilmir.
4 Amma sədaları* dünyaya yayılır,Şəhadətləri yerin ucqarlarına çatır.+
Allah günəş üçün göydə bir çadır qurub,
5 Günəş, sanki, təzəbəydir, gərdəyindən çıxır,Şadlanır qaçışa çıxan bir igid kimi.
6 Göyün bir ucundan çıxar,O biri ucunadək səyahət edər.+
İstisindən heç nə gizlənməz.
7 Yehovanın qanunu kamildir,+ cana qüvvət verir,+Yehovanın öyüdləri etibarlıdır,+ naşı adamı müdrik edir,+
8 Yehovanın buyruqları doğrudur, ürəyi sevindirir,+Yehovanın əmri safdır, gözlərə nur verir,+
9 Yehova önündə qorxu+ pakdır, əbədi qalır,Yehovanın hökmləri doğrudur, hamısı ədalətlidir.+
10 Onlar qızıldan, çoxlu saf qızıldan da artıq sevilir,+Baldan, şanıdan daman baldan da şirindir.+
11 Onlar quluna nəsihət* verir,+Onlara əməl edənin böyük mükafatı var.+
12 Öz səhvlərini kim dərk edə bilər?+
Bilmədən etdiyim günahlarımı əfv et,
13 Qulunu özbaşına hərəkətlərdən saxla,+Qoyma onlar mənə ağalıq etsin.+
Onda kamil olaram,+Böyük xətalardan uzaq olaram.
14 Qoy ağzımdan çıxan sözlər, qəlbimdəki düşüncələrSəni məmnun etsin,+ ey Yehova, qayam,+ xilaskarım!+