Zəbur 13:1—6

  • Yehovadan nicat gözləmək

    • «Nə vaxtadək məni unudacaqsan?» (1, 2)

    • Yehova yaxşılığını əsirgəməyib (6)

Dirijora. Davudun məzmuru. 13  Ah Yehova, nə vaxtadək məni unudacaqsan? Əbədilikmi? Nə vaxtadək mənə nəzər salmayacaqsan*?+   Nə vaxtadək canım bu əzaba dözəcək,Günbəgün bu dərdi qəlbimdə daşıyacağam? Nə vaxtadək düşmən mənə üstün gələcək?+   Halıma bax, ey Allahım Yehova, mənə hay ver. Gözümə nur ver ki, ölüm yuxusuna dalmayım   Və düşmənim: «Onu üstələdim!» — deməsin,Rəqiblərim yıxılmağımı görüb sevinməsin.+   Sənin məhəbbətinə güvənirəm,+Ürəyim verdiyin qurtuluşdan şadlanacaq.+   Yehovanın şəninə nəğmə deyərəm, yaxşılığını məndən əsirgəməyib.+

Haşiyələr

Hərfən: məndən üzünü gizlədəcəksən.