Zəbur 106:1—48

  • Qədirbilməz İsrail

    • Allahın işlərini tez unutdular (13)

    • Allahın calalını dana surətinə dəyişdilər (19, 20)

    • Allahın vədinə iman gətirmədilər (24)

    • Baala sitayiş etməyə başladılar (28)

    • Uşaqlarını cinlərə qurban gətirdilər (37)

106  Yaha alqış edin! Yehovaya şükür edin, çünki kəramətlidir,+Məhəbbəti əbədidir.+   Kim Yehovanın möhtəşəm işlərindən danışa bilər? Kim Onun tərifəlayiq işlərini bəyan edə bilər?+   Xoşbəxtdir o kəslər ki, haqq-ədalətə bağlıdır,Hər zaman dürüst davranır.+   Ey Yehova, xalqına lütf göstərəndə məni də yada sal.+ Qeydimə qal, mənə nicat ver ki,   Seçilmişlərinə+ nəsib etdiyin kəramətdən mən də dadım,Xalqınla birgə sevinib-şadlanım,İrsinə qoşulub Səni fəxrlə tərif edim.   Ata-babalarımız kimi, biz də günah etdik,+Nadürüstlük etdik, pis işlər gördük.+   Ata-babalarımız Misirdə Sənin möhtəşəm işlərinin qədrini bilmədilər,Sənin bol məhəbbətini yaddan çıxartdılar,Sənə qarşı qalxdılar, dənizin, Qırmızı dənizin kənarında.+   Lakin O, Öz adı naminə onları qurtardı ki,+Qüdrətini əyan etsin.+   O əmr etdi Qırmızı dəniz qurudu,Onları dənizin dibi ilə çöllükdə aparırmış kimi apardı.+ 10  Onları düşmən əlindən,Yağı pəncəsindən çəkib aldı.+ 11  Sular düşmənlərin üstünü örtdü,Biri də sağ qalmadı.+ 12  O zaman Onun vədinə inandılar,+Ona nəğmə dedilər.+ 13  Amma çox çəkmədi ki, işlərini unutdular;+Məsləhətini gözləmədilər. 14  Səhrada nəfsə uydular,+Biyabanda Allahı sınadılar.+ 15  O da istədiklərini onlara verdiVə canlarına qırıb-tökən azar saldı.+ 16  Düşərgənin içində Musaya,Yehovanın müqəddəs bəndəsi Haruna+ paxıllıq etdilər,+ 17  Onda yer aralanıb Datanı uddu,Abiramın başına toplaşanları özünə qərq etdi.+ 18  Bu kütlənin arasına od düşdü,Alov şər adamları məhv etdi.+ 19  Huribdə dana düzəltdilər,Tökmə bütə səcdə etdilər.+ 20  Mənim calalımıOt yeyən dananın surətinə dəyişdilər.+ 21  Allahı, xilaskarlarını unutdular,+Misirdə əzəmətli işlər görəni,+ 22  Ham ölkəsində möhtəşəm işlər görəni,+Qırmızı dənizdə vəhmli işlər görəni+ unutdular. 23  O, az qalmışdı onların məhvinə əmr versin,Amma seçdiyi qulu Musa Ona yalvardı ki,Məhvedici qəzəbini yatırsın.+ 24  Füsunkar torpaqdan ikrah etdilər,+Onun vədinə iman gətirmədilər.+ 25  Öz çadırlarında hey deyindilər,+Yehovanın sözünü eşitmədilər.+ 26  O da əlini qaldırıb and içdi ki,Cəsədlərini səhrada yerə sərəcək,+ 27  Nəsillərini xalqlar arasında yıxacaq,Onları diyarbədiyar səpələyəcək.+ 28  Onlar Faur Baalına sitayiş etməyə,+Ölülərə* gətirilən qurbanları yeməyə başladılar. 29  Əməlləri ilə Onu qəzəbləndirdilər,+İçlərinə qırğın düşdü.+ 30  Fənhas qalxıb işə qarışandaQırğın kəsildi.+ 31  Bu, nəsillər boyu, əbədilikOnun üçün salehliyə yazıldı.+ 32  Sonra Məriba sularında Onu hirsləndirdilər,Onların ucbatından Musa zərər çəkdi.+ 33  Onu əsəbiləşdirdilər,O da düşünmədən danışdı.+ 34  Onlar Yehovanın əmrindən çıxdılar,+Xalqları məhv etmədilər.+ 35  Başqa xalqlarla qaynayıb-qarışdılar,+Onların adətlərini götürdülər.+ 36  Onların bütlərinə sitayiş etdilər,+Bu, onlara tələ oldu.+ 37  Oğullarını, qızlarınıCinlərə qurban gətirdilər.+ 38  Məsumların qanını tökürdülər,+Kənan bütlərinə qurban verərəkÖz oğul-qızlarının qanını axıdırdılar.+ Beləcə, ölkə qana bulanıb murdar oldu. 39  Əməlləri ilə özlərini murdarladılar,Xəyanət etdilər*.+ 40  Axırda Yehovanın qəzəbi xalqına qarşı kükrədi,Öz irsinə nifrət etdi. 41  Dəfələrlə onları xalqların öhdəsinə buraxdı ki,+Onlara nifrət edənlər onlara ağa olsun.+ 42  Düşmənlər onlara zülm etdi,Onların əli altında qaldılar. 43  O, onları dəfələrlə qurtarırdı,+Lakin onlar asi olub itaət göstərmirdilər,+Öz təqsirləri ucbatından rəzil olurdular.+ 44  Amma O, acınacaqlı hallarını görürdü,+Fəryadlarını eşidirdi.+ 45  Onların xatirinə əhdini yada salırdı,Bol məhəbbətinə görə rəhm göstərirdi.+ 46  Onları əsir edənlərin qəlbindəOnlara qarşı mərhəmət oyadırdı.+ 47  Ey Allahımız Yehova, bizi xilas et,+Bizi xalqların arasından topla ki,+Sənin müqəddəs adına həmd edək,İftixarla Səni ucaldaq.+ 48  İsrailin Allahı YehovayaƏzəldən əbədiyyətədək alqış olsun!+ Bütün bəşər «amin» desin. Yaha alqış edin!

Haşiyələr

Ola bilsin, ölü insanlar, yaxud cansız allahlar nəzərdə tutulur.
Hərfən: zina etdilər.