Məttanın yazdığı müjdə 5:1—48

5  İsa izdihamı görəndə dağa qalxıb əyləşdi, sonra şagirdləri yanına gəldilər.  İsa vəz etməyə başladı:  «Allaha ehtiyacı olduğunu dərk edənlər* xoşbəxtdir,+ çünki səmavi Padşahlıq onlarındır.  Dərd çəkənlər xoşbəxtdir, çünki onlar təsəlli tapacaqlar.+  Həlimlər xoşbəxtdir,+ çünki Yer onların olacaq*.+  Salehlik üçün susayıb ona can atanlar xoşbəxtdir,+ çünki onlar doyacaqlar.+  Rəhmdillilər xoşbəxtdir,+ çünki onlara mərhəmət göstəriləcək.  Ürəyitəmizlər xoşbəxtdir,+ çünki onlar Allahı görəcəklər.  Sülhpərvərlər xoşbəxtdir,+ çünki onlara Allahın oğulları deyiləcək. 10  Salehlik yolunda təqib olunanlar xoşbəxtdir,+ çünki səmavi Padşahlıq onlarındır. 11  Mənə görə insanlar sizi təhqir+ və təqib edəndə,+ sizin haqqınızda hər cür yalan və pis söz danışanda siz necə də xoşbəxtsiniz!+ 12  Sevinin və şadlanın,+ çünki göydə sizi böyük mükafat+ gözləyir, axı sizdən əvvəl peyğəmbərləri də belə təqib etmişlər.+ 13  Siz dünyanın duzusunuz.+ Ancaq duz öz dadını itirsə, onun dadını necə qaytarmaq olar? O artıq heç nəyə yaramır. Onu çölə, ayaq altına atırlar.+ 14  Siz dünyanın nurusunuz.+ Dağın başında yerləşən şəhər gizli qala bilməz. 15  Çırağı yandıranda onu səbət altına qoymurlar, əksinə, çıraqdana qoyurlar ki, evdəkilərin hamısına işıq saçsın.+ 16  Eynilə, qoy sizin də nurunuz insanların qarşısında parlasın ki,+ onlar yaxşı işlərinizi görüb+ göydəki Atanızı mədh etsinlər.+ 17  Elə bilməyin ki, mən Tövratı* və ya Peyğəmbərlərin kitabını ləğv etməyə gəlmişəm. Xeyr, mən onları ləğv etməyə yox, yerinə yetirməyə gəlmişəm.+ 18  Əmin ola bilərsiniz: yer və göy yox olar, amma Tövratdan ən kiçik hərf, yaxud bircə hərfin nöqtəsi belə, yox olmaz, hər şey yerinə yetər.+ 19  Buna görə də kim bu əmrlərin ən kiçiyindən birini pozsa və insanlara da bunu öyrətsə, səmavi Padşahlığa yaramayacaq. Amma onlara əməl edən və başqalarına da bunu öyrədən səmavi Padşahlığa yarayacaq. 20  Bilin və agah olun: əgər sizin salehliyiniz mirzələrin və fərisilərin salehliyindən üstün olmasa,+ siz səmavi Padşahlığa əsla girməyəcəksiniz.+ 21  Qədimdə insanlara: “Adam öldürmə. Kim qatillik edərsə,+ məhkəmə qarşısında cavab verəcək” deyildiyini eşitmisiniz.+ 22  Mən isə sizə deyirəm: kim bir adama* qarşı ürəyində qəzəb saxlayırsa,+ məhkəmə qarşısında cavab verəcək; kim bir adamı söyərsə, Ali Məhkəmə qarşısında cavab verəcək; amma kim ona: “Axmaq insan!” deyərsə, odlu-alovlu Hinnom vadisinə*+ düşə bilər. 23  Əgər bəxşişini qurbangaha+ gətirəndə yadına düşsə ki, kimsə* səndən inciyib, 24  bəxşişi orada, qurbangahın qarşısında qoy. Əvvəlcə get onunla barış, sonra gəl bəxşişini təqdim et.+ 25  Rəqibinlə məhkəməyə gedəndə, hələ yolda ikən, çalış məsələni tez həll edəsən. Yoxsa o səni hakimə, hakim də səni məhkəmə icraçısına verər və həbsə düşərsən.+ 26  Bunu bil ki, axırıncı qəpiyini* verməyincə oradan çıxmayacaqsan. 27  “Zina etmə” deyildiyini eşitmisiniz.+ 28  Mən isə sizə deyirəm: qadına baxıb+ ona qarşı şəhvətlə alovlanan hər bir adam artıq ürəyində onunla zina etmiş olur.+ 29  Ona görə də sağ gözün səni günaha sürükləyirsə, onu çıxarıb at.+ Çünki bütün bədəninin Hinnom vadisinə atılmağındansa, bədəninin bir üzvünü itirməyin daha yaxşıdır.+ 30  Həmçinin əgər sağ əlin səni günaha sürükləyirsə, onu kəsib at.+ Çünki bütün bədəninin Hinnom vadisinə düşməyindənsə, bədəninin bir üzvündən məhrum olmağın daha yaxşıdır.+ 31  Həmçinin belə deyilib: “Arvadını boşayan qoy ona talaq kağızı versin”.+ 32  Mən isə sizə deyirəm: arvadını əxlaqsızlıqdan* başqa digər səbəbə görə boşayan hər kəs həmin qadını zinaya vadar edir, boşanmış qadınla evlənən kişi də zina edir.+ 33  Həmçinin qədimdə atalarımıza deyilmiş bu sözü eşitmisiniz: “İçdiyin andı pozma,+ Yehovaya dediyin nəziri yerinə yetir”.+ 34  Mən isə sizə deyirəm, ümumiyyətlə, and içməyin.+ Nə göyə, çünki göy Allahın taxtıdır; 35  nə yerə, çünki yer Onun ayağının altındakı kətildir;+ nə Yerusəlimə, çünki Yerusəlim böyük Padşahın şəhəridir.+ 36  Öz başınıza da and içməyin, çünki başınızdakı bir tükü belə, nə ağ, nə də qara edə bilməzsiniz. 37  Qoy “bəli”niz bəli olsun, “xeyr” sözünüz xeyr olsun.+ Bundan artığı Şərirdəndir*.+ 38  “Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini eşitmisiniz.+ 39  Mən isə deyirəm: pis adama müqavimət göstərmə, amma kim sənin sağ yanağına şillə vurarsa, o biri yanağını da ona çevir.+ 40  Kim səni məhkəməyə verib köynəyini tələb edərsə, üst paltarını da ona ver+ 41  əgər hakimiyyət sahibi səni bir kilometr* yol getməyə məcbur edirsə, onunla iki kilometr get. 42  Səndən bir şey istəyənə ver və səndən borc* istəyəni geri qaytarma.+ 43  “İnsanları sev,+ amma düşməninə nifrət et” deyildiyini eşitmisiniz. 44  Mən isə sizə deyirəm: düşmənlərinizi həmişə sevin+ və sizi təqib edənlər üçün həmişə dua edin.+ 45  Beləcə, göydəki Atanızın oğulları olacaqsınız.+ O, günəşə əmr edir ki, pislərin də, yaxşıların da üzərinə doğsun. Yağışa əmr edir ki, salehlərin də, qeyri-salehlərin də üzərinə yağsın.+ 46  Əgər təkcə sizi sevənləri sevirsinizsə, bundan nə fayda?+ Məgər vergiyığanlar da belə etmirlər? 47  Əgər təkcə soydaşlarınızı* salamlayırsınızsa, məgər qeyri-adi bir iş görürsünüz? Məgər başqa xalqlardan olanlar da belə etmirlər? 48  Buna görə də göydəki Atanız kamil olduğu kimi, siz də kamil olmalısınız.+

Haşiyələr

Yaxud müqəddəs ruh dilənənlər.
Hərfən: yeri miras alacaqlar.
Hərfən: qardaşına. Yəni dindaşına.
Hərfən: qardaşın. Yəni dindaşın.
Hərfən: son kodrantını. Bir günlük əməkhaqqı olan dinarın altmış dörddə bir hissəsi. B14 əlavəsinə bax.
Yəni Şeytandandır.
Hərfən: mil. B14 əlavəsinə bax.
Yəni sələmsiz borc.
Hərfən: qardaşlarınızı.