Əyyub 6:1—30
6 Əyyub belə cavab verdi:
2 «Kaş dərdim+ ağrılarımla birgəTərəziyə qoyulub çəkiləydi!
3 İndi onlar dənizlərin qumundan da ağırdır,Buna görə ağlıma gələni danışıram.+
4 Qüdrət Sahibinin oxları mənə sancılıb,Ruhum onların zəhərini içir,+Allahdan gələn dəhşətlər mənə qarşı səf qurub.
5 Məgər ot olanda çöl eşşəyi+ anqırar?Yem olanda öküz böyürər?
6 Məgər şit yeməyi duzsuz yeyərlər?Əməköməci seliyində dad olar?
7 Bunlara əl vurmaram.
Onlar yeməyimi zəhərləyir.
8 Kaş diləyim yerinə yetəydi,Kaş Allah arzumu çin edəydi!
9 Kaş Allah məni əzəydi,Əlini uzadıb həyatımı kəsəydi!+
10 Bu, məni ovundurardı.Ağrılarım kəskin olsa da, atılıb-düşərdim,Axı Müqəddəs Allahın+ sözünü rədd etməmişəm.
11 Məgər məndə güc qalıb ki, gözləyim?+
Axırım necə olacaq ki, yaşayım?
12 Məgər mən daşdanam?
Ya bədənim dəmirdəndir*?
13 Bir arxam, bir dayağım qalmayıb,Necə dərdimə çarə qılım?
14 Başqasından yaxşılığı əsirgəyən+Qüdrət Sahibindən də qorxmayacaq.+
15 Qardaşlarım xain çıxdı,+ qış suları kimi,Qupquru quruyan qış suları kimi.
16 Buzlu palçıqdan bulanırlar,Əriyən qar onların içində görünmür.
17 Yay gələndə quruyur, itir,İstilər düşəndə yox olurlar.
18 Məcraları dəyişir,Səhralığa axıb yoxa çıxırlar.
19 Təma+ karvanları onları axtarır,Səba+ səyyahları onları gözləyir.
20 Onlara ümid bağladıqları üçün utanırlar,Ora yaxınlaşanda məyus olurlar.
21 Siz mənim üçün bu cür oldunuz,+Müsibətimi görüb qorxdunuz.+
22 Məgər sizdən nəsə istəmişəm?
Yoxsa məndən ötrü varınızdan bəxşiş verməyi xahiş etmişəm?
23 Məni düşmən əlindən qurtarmağı,Zalımlardan xilas etməyi istəmişəm?
24 Məni başa salın, susum,+Səhvimi deyin, bilim.
25 Düz söz heç də acı olmaz!+
Bəs sizin danlağınız nəyə yarıyır?+
26 Fikriniz mənim, biçarə adamın sözlərinə,+Havaya dediyi sözlərə düzəliş verməkdir?
27 Siz yetimdən ötrü püşk atarsınız,+Öz dostunuzu satarsınız!+
28 İndi mənə baxın,Sizə yalan danışmayacağam.
29 Bir də fikirləşin, məni düz başa düşün,Yenə fikirləşin, hələ salehliyimdən dönməmişəm.
30 Məgər dilimdə haqsızlıq var?
Guya mən başa düşmürəm ki, nə isə düz deyil?
Haşiyələr
^ Hərfən: misdəndir.