Əşiya 35:1—10
35 Səhra və quraq torpaq sevinəcək,+Düzlər şadlanacaq, zəfərantək çiçəklənəcək,+
2 Gül-çiçək açacaq,+Şadlanıb cuşa gələcək.
Livanın əzəməti,+Karmellə+ Şaronun+ cah-calalı ona veriləcək.
İnsanlar Yehovanın əzəmətini, Allahımızın calalını görəcəklər.
3 Süstləşmiş qolları qüvvətləndirin,Titrəyən dizlərə təpər verin.+
4 Ürəyi təlaş keçirənlərə deyin:
«Möhkəm olun, qorxmayın!
Allahınız qisas almağa gələcək,İntiqam almağa gələcək.+
Gəlib sizə nicat verəcək».+
5 O vaxt korların gözləri açılacaq,+Karların qulaqları eşidəcək.+
6 O vaxt axsaqlar maral kimi sıçrayacaq,+Lalların dili sevincdən cəh-cəh vuracaq.+
Səhrada bulaqlar qaynayacaq,Düzlərdə çaylar axacaq.
7 Qarsımış torpaq qamışlı gölə,Susuz torpaq bulaqlar diyarına dönəcək.+
Çaqqalların yuvası,+ dinclik yerləri çayır-çəmən olacaq,Qarğı, qamış bitirəcək.
8 Orada geniş bir yol olacaq,+O yol Müqəddəslik yolu adlanacaq.
Bu yolla murdar adam yeriməyəcək.+
Bu yol onu seçənlərin yolu olacaq,Axmaq təsadüfən bu yola çıxmayacaq.
9 Orada aslanlar gəzməyəcək,Yırtıcı heyvanlar bu yola çıxmayacaq,Onlara orada rast gəlinməyəcək.+
Yalnız fidyə ilə qurtulmuşlar bu yolla gedəcək.+
10 Yehovanın qurtuluş verdikləri qayıdacaq,+ sevinc sədalarıyla Siona gələcək.+
Sonsuz fərəh başlarının tacı olacaq.+
Onların nəsibi şadlıq və sevinc olacaq,Qəm-qüssə qaçıb gedəcək.+