İsa Məsih
Yehovanın niyyətinin həyata keçməsində İsa Məsih hansı vacib rolu oynayır?
Hv 4:12; 10:43; 2Kr 1:20; Fp 2:9, 10
Həmçinin baxın: Ms 8:22, 23, 30, 31; Yh 1:10; Vh 3:14
-
Müqəddəs Kitab əhvalatı:
-
Mt 16:13—17. Həvari Butrus İsanın Məsih və Allahın Oğlu olduğunu demişdi
-
Mt 17:1—9. Üç həvarisinin qarşısında İsanın görkəmi dəyişdi və Yehova göydən İsanın Onun Oğlu olduğunu dedi
-
İsa nəyə görə bütün insanlardan fərqlənir?
Yh 8:58; 14:9, 10; Kl 1:15—17; 1Bt 2:22
-
Müqəddəs Kitab əhvalatı:
-
Mt 21:1—9. İsa təntənəli şəkildə Yerusəlimə girdi və beləcə, Yehovanın seçdiyi Padşahla bağlı peyğəmbərlik yerinə yetdi
-
İb 7:26—28. Həvari Bulus İsanın digər baş kahinlərdən daha üstün baş kahin olduğunu izah etmişdi
-
İsanın göstərdiyi möcüzələrdən onun haqda, eləcə də Atası haqda nə öyrənirik?
-
Müqəddəs Kitab əhvalatı:
-
Mt 4:23, 24. İsa cinlərin, hər cür xəstəliyin və naxoşluğun üzərində səlahiyyəti olduğunu göstərdi
-
Mt 14:15—21. İsa beş çörək və iki balıqla minlərlə ac insanı möcüzəvi şəkildə doyurdu
-
Mt 17:24—27. İsa Yehovaya ibadəti dəstəkləmək üçün və başqalarının ürəyinə şübhə salmamaq üçün şagirdinə möcüzəvi şəkildə pul verdi
-
Mr 1:40, 41. İsanın cüzamlıya yazığı gəldi və onu sağaltdı, bununla da xəstələri sağaltmaq istədiyini göstərdi
-
Mr 4:36—41. İsa şiddətli fırtınanı yatırdı və beləcə göstərdi ki, Atası ona bütün təbiət qüvvələri üzərində səlahiyyət verib
-
Yh 11:11—15, 31—45. Dostu İlazər öləndə İsa ağladı, daha sonra İlazəri diriltməklə ölümə və onun bəşəriyyətə vurduğu zərərə nifrət etdiyini göstərdi
-
İsanın təlimlərinin əsas mövzusu nə idi?
İsanın yer üzündə təzahür etdirdiyi xüsusiyyətlərdən bəziləri hansılardır? Görün o bu xüsusiyyətləri necə göstərirdi:
mehribanlıq (Mt 13:2; Mr 10:13—16; Lk 7:36—50)
şəfqət; mərhəmət (Mr 5:25—34; Lk 7:11—15)
cəsarət (Mt 4:2—11; Yh 2:13—17; 18:1—6)
təvazökarlıq (Mt 11:29; 20:28; Yh 13:1—5; Fp 2:7, 8)
məhəbbət (Yh 13:1; 14:31; 15:13; 1Yh 3:16)
itaətkarlıq (Lk 2:40, 51, 52; İb 5:8)
hikmət (Mt 12:42; 13:54; Kl 2:3)
İsa nəyə görə öz həyatından keçdi və bunun bizə hansı faydası var?
İsanın səmavi Padşahlığın Padşahı olduğuna nəyə görə sevinməliyik?
Zb 72:12—14; Dn 2:44; 7:13, 14; Vh 12:9, 10
-
Müqəddəs Kitab əhvalatı:
-
Zb 45:2—7, 16, 17. Bu məzmur göstərir ki, Allahın seçdiyi Padşah Onun bütün düşmənləri üzərində qələbə çalacaq və həqiqət, təvazökarlıq, salehliklə hakimiyyət sürəcək
-
Əş 11:1—10. İsa Məsih Padşah kimi yer üzünü idarə edəndə yer cənnətə dönəcək və orada sülh hökm sürəcək
-
İsa yaxın gələcəkdə nə edəcək?