Kontentə keç

Mündəricatı göstər

DƏRS 43

Məsihilərin spirtli içkiyə münasibəti

Məsihilərin spirtli içkiyə münasibəti

İçki ilə bağlı fərqli fikirlər mövcuddur. Bəzi insanlar hərdənbir dostları ilə içməyi sevir. Bəziləri ümumiyyətlə dilinə içki vurmur. Bir başqaları isə sərxoş olanacan içir. Bəs Müqəddəs Kitabda spirtli içkilər barədə nə yazılıb?

1. İçki içmək günahdır?

Müqəddəs Kitaba əsasən, spirtli içki içmək günah deyil. Əksinə, orada Allahın insanlara bəxş etdiyi nemətlər sırasında şərabın da adı çəkilir və deyilir ki, şərab ürəyi şənləndirir (Zəbur 104:14, 15). Müqəddəs Kitabda adı çəkilən mömin kişi və qadınların da bəziləri içki içirdi (1 Timutiyə 5:23).

2. Müqəddəs Kitabda içki içənlərə nə məsləhət görülür?

Çox içmək və əyyaşlıq Yehovanın gözündə günahdır (Qalatiyalılara 5:21). Onun Kəlamında deyilir: «Şərab düşkünlərinə... qoşulma» (Məsəllər 23:20). Deməli, hətta tək olsaq da, o qədər içməməliyik ki, zehnimiz kütləşsin, danışığımızı və hərəkətlərimizi idarə edə bilməyək, yaxud səhhətimizə ziyan vuraq. Əgər içkidə həddi qoruya bilmiriksə, onda yaxşısı budur, ümumiyyətlə içməyək.

3. Başqalarının qərarına hörmətlə yanaşdığımızı necə göstərə bilərik?

Hər kəs içki içib-içməyəcəyinə özü qərar verməlidir. Buna görə də kimsə qədərində içirsə, onu mühakimə etməməliyik, yaxud kimsə içmək istəmirsə, onu içməyə məcbur etməməliyik (Romalılara 14:10). Əgər içki içməyimiz kimin üçünsə problem yaradacaqsa, o zaman içməməliyik. (Romalılara 14:21 ayəsini oxuyun.) Çünki Müqəddəs Kitab məsləhət görür ki, «heç kəs öz xeyrini düşünməsin, başqasının xeyrini düşünsün». (1 Korinflilərə 10:23, 24 ayələrini oxuyun.)

D Ə R İ N L İ Y Ə  V A R I N

İçki içib-içməyəcəyinizə, yaxud nə qədər içəcəyinizə qərar verməyə kömək edən Müqəddəs Kitab prinsipləri ilə tanış olun. Həmçinin içkiyə aludə olmusunuzsa, öyrənin görün nə edə bilərsiniz.

4. İçki içib-içməyəcəyinizlə bağlı qərar verin

İsa Məsih spirtli içkiyə necə yanaşırdı? Cavabı bilmək üçün gəlin onun göstərdiyi ilk möcüzəyə diqqət yetirək. Yəhya 2:1—11 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:

  • Bu möcüzədən İsanın spirtli içkiyə və içən kəslərə münasibəti haqda nə öyrənirik?

  • İsa Məsih içki içməyi mühakimə etməmişdi. Deməli, məsihi içki içən adama necə münasibət göstərməlidir?

Düzdür, məsihinin içki içməsi günah deyil. Amma bu o demək deyil ki, onun istənilən vaxt içki içməsi düzgün hərəkət olar. Məsəllər 22:3 ayəsini oxuyun və sonra düşünün: Aşağıdakı amillər içki içib-içməmək qərarınıza necə təsir edə bilər?

  • Sükan arxasında olacaqsınızsa və ya hansısa texniki avadanlığı idarə edəcəksinizsə

  • Hamiləsinizsə

  • Həkim içki içməməyi məsləhət görürsə

  • İçkidə həddi gözləyə bilmirsinizsə

  • Qanun sizə spirtli içki içməyə icazə vermirsə

  • Əvvəllər içki ilə bağlı problemi olduğu üçün içmək istəməyən insanla bir yerdəsinizsə

Toyda və ya digər şənliklərdə süfrəyə içki qoymaq olar? Bununla bağlı qərar verməyə sizə nə kömək edə bilər? VİDEOYA baxın.

Romalılara 13:13 1 Korinflilərə 10:31, 32 ayələrini oxuyun. Hər ayəni oxuduqdan sonra növbəti sualı müzakirə edin:

  • Bu prinsip Yehovanı razı salan qərar verməyə sizə necə kömək edə bilər?

İçki içib-içməyəcəyinə hər məsihi özü qərar verir. Kimsə hərdən içsə də, müəyyən vəziyyətlərdə içməmək qərarına gələ bilər

5. Nə qədər içəcəyinizə qərar verin

İçmək qərarına gəlmisinizsə, bir şeyi yadda saxlayın: Yehova içki içməyi günah hesab etməsə də, içkidə həddi aşmağı günah hesab edir. Nə üçün? Huşə 4:11, 18 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:

  • İnsan həddindən artıq içəndə nə baş verə bilər?

İçki içərkən həddi necə gözləyə bilərik? Biz öz məhdudiyyətlərimizi bilməliyik. Məsəllər 11:2 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • Nəyə görə yaxşı olar ki, içkidə özümüz üçün hədd qoyaq?

6. İçki aludəçiliyindən qurtulun

Görün bir nəfərə içki aludəçiliyindən qurtulmağa nə kömək etmişdi. VİDEOYA baxın və növbəti sualları müzakirə edin:

  • Dmitri içki içəndə özünü necə aparırdı?

  • O, içkini dərhal ata bildi?

  • Bəs o, bu asılılığına necə qalib gəldi?

1 Korinflilərə 6:10, 11 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:

  • Müqəddəs Kitabda içki düşkünlüyü barədə nə deyilir?

  • Ayələrdən necə görünür ki, içki düşkünlüyündən qurtulmaq mümkündür?

Mətta 5:30 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • İsa Məsih əli kəsib atmaq deyəndə Yehovanı razı salmaq üçün qurbanlar verməyi nəzərdə tuturdu. İçki aludəçiliyindən qurtulmaq sizə çətindirsə, nə edə bilərsiniz? a

1 Korinflilərə 15:33 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • İçməyi sevən adamlarla oturub-durursunuzsa, bu sizə necə təsir edəcək?

BƏZİ İNSANLAR SORUŞUR: «İçki içmək günahdır?»

  • Siz necə cavab verərdiniz?

İCMAL

İçki Yehovadan nemətdir. O istəyir ki, bu nemət könlümüzü şad eləsin. Amma çox içmək və əyyaşlıq Yehovanın gözündə günahdır.

Təkrar

  • Müqəddəs Kitabda spirtli içkilər barədə nə yazılıb?

  • Çox içməyin hansı təhlükələri var?

  • Başqalarının qərarına hörmətlə yanaşdığımızı necə göstərə bilərik?

Məqsəd

Ə L A V Ə  M Ə L U M A T

Yeniyetmələr içki içməklə bağlı düzgün qərarı necə verə bilərlər?

«İçkinin fəsadları haqda düşün» (2:31)

İçki asılılığından qurtulmaq üçün hansı addımları ata bilərsiniz?

«Spirtli içkiyə düzgün münasibət» («Gözətçi qülləsi», yanvar—mart 2010)

«Küpünə girirdim» adlı məqaləni oxuyun və görün bir nəfər çox içməyə necə son qoyub.

«Müqəddəs Kitab həyatları dəyişir» («Gözətçi qülləsi», 1 may 2012)

a İçkidən asılılığı olan adamlara mütəxəssis köməyi lazım gələ bilər. Həkimlərin çoxu deyir ki, belə adamlar gərək dilinə ümumiyyətlə içki vurmasın.