Kontentə keç

Mündəricatı göstər

DƏRS 28

Yehovanın və İsanın etdiyi yaxşılığı qiymətləndirin

Yehovanın və İsanın etdiyi yaxşılığı qiymətləndirin

Dostunuz sizə gözəl hədiyyə verəndə hansı hissləri keçirirsiniz? Yəqin sevinirsiniz və hədiyyənin sizin üçün dəyərli olduğunu ona göstərmək istəyirsiniz. Yehova və İsa bizə ən qiymətli hədiyyəni verib. Bu, fidyədir. Fidyəni qiymətləndirdiyimizi necə göstərə bilərik?

1. Yehovaya və İsaya minnətdarlığımızı necə göstərə bilərik?

Müqəddəs Kitabda deyilir ki, İsaya «iman edənlər» əbədi yaşayacaq (Yəhya 3:16). Bəs İsaya iman etmək nə deməkdir? Bu o deməkdir ki, biz həm İsaya inanırıq, həm də imanımızın olduğunu qərarlarımızla, əməllərimizlə sübut edirik (Yaqub 2:17). İmanımızı sözdə və əməldə göstərəndə Yehova Allahla və İsa Məsihlə dostluğumuz möhkəmlənir. (Yəhya 14:21 ayəsini oxuyun.)

2. Yehovaya və İsaya minnətdarlığımızı göstərməyin daha hansı yolu var?

İsa Məsihin qurbanlığını qiymətləndirdiyimizi başqa bir üsulla da göstərə bilərik. Bu barədə İsa Məsih ölümündən əvvəlki gecə şagirdlərinə danışmışdı. O, şagirdlərinə xüsusi bir mərasimi qeyd etməyi buyurmuşdu. Müqəddəs Kitabda «Ağanın şam yeməyi» adlanan bu mərasim, həm də Məsihin ölümünü anma mərasimi kimi tanınır (1 Korinflilərə 11:20). İsa istəyirdi ki, həvariləri, ümumiyyətlə, bütün məsihilər onun insanlar uğrunda həyatını qurban verdiyini yadda saxlasın. Buna görə də o əmr etmişdi: «Xatirəmi yad etmək üçün bunu həmişə edin» (Luka 22:19). Siz anma mərasiminə gələndə göstərirsiniz ki, Yehovaya və İsaya insanlara göstərdikləri böyük məhəbbətə görə ürəkdən minnətdarsınız.

D Ə R İ N L İ Y Ə  V A R I N

Görün Yehovaya və İsaya minnətdarlığınızı başqa necə göstərə bilərsiniz. Həmçinin Məsihin ölümünü anma mərasiminin vacibliyi barədə öyrənin.

3. Minnətdarlıq bizi hərəkətə təşviq edir

Təsəvvür edin ki, kimsə sizi ölümdən xilas edib. İnsanın sizə etdiyi bu yaxşılığı unudardınız, yoxsa ona minnətdarlığınızı necəsə göstərməyə çalışardınız?

Biz həyatımızı Yehovaya borcluyuq. 1 Yəhya 4:8—10 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:

  • Nəyə görə İsanın qurbanlığı xüsusi hədiyyədir?

  • Yehovanın və İsanın sizə etdiyi bu yaxşılıq barədə düşünəndə hansı hissləri keçirirsiniz?

Yehovanın və İsanın bizə etdiyi yaxşılığı qiymətləndirdiyimizi necə göstərə bilərik? 2 Korinflilərə 5:15 1 Yəhya 4:11; 5:3 ayələrini oxuyun. Hər ayəni oxuyandan sonra növbəti sualı müzakirə edin:

  • Bu ayəyə əsasən, minnətdarlığımızı necə göstərə bilərik?

4. İsa Məsihdən nümunə götürün

İsaya minnətdar olduğumuzu göstərməyin digər bir yolu, ondan nümunə götürməkdir. 1 Butrus 2:21 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • Hansı sahələrdə İsanın izi ilə gedə bilərsiniz?

5. Məsihin ölümünü anma mərasimində iştirak edin

Ağanın şam yeməyi ilk dəfə necə keçirilmişdi? Luka 22:14, 19, 20 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:

  • Ağanın şam yeməyi necə keçirilmişdi?

  • Çörək və şərab nəyi təmsil edir? (19 və 20-ci ayələrə baxın.)

İsa istəyirdi ki, şagirdləri ildə bir dəfə —onun öldüyü gün bu mərasimi qeyd etsinlər. Yehovanın Şahidləri hər il birgə yığışıb Məsihin ölümünü onun buyurduğu tərzdə qeyd edirlər. Bu vacib mərasim haqqında öyrənmək üçün VİDEOYA baxın. Sonra növbəti sualı müzakirə edin:

  • Anma mərasimi necə keçirilir?

Çörək İsanın uğrumuzda qurban verdiyi kamil bədənini, şərab isə qanını təmsil edir

BƏZİ İNSANLAR DEYİR: «Xilas olmaq üçün əsas odur, Allaha iman edəsən».

  • Xilas olmaq üçün daha çox şeyin tələb olunduğunu Yəhya 3:16Yaqub 2:17 ayələri vasitəsilə necə göstərərdiniz?

İCMAL

İsa Məsihin etdiyi yaxşılığı qiymətləndirdiyimizi ona iman etməklə və anma mərasimində iştirak etməklə göstəririk.

Təkrar

  • İsaya iman etmək nə deməkdir?

  • Etdikləri yaxşılığa görə Yehovaya və İsaya minnətdarlığınızı necə göstərə bilərsiniz?

  • Anma mərasimində iştirak etmək nəyə görə vacibdir?

Məqsəd

Ə L A V Ə  M Ə L U M A T

Məsihin ölümü bizi nəyə təşviq edir?

«Bədəni ilə Allahı şərəfləndirdi» (9:28)

İmanın və iman etməyin nə demək olduğunu öyrənin.

«Yehova Allahın vədlərinə iman edin» («Gözətçi qülləsi», oktyabr 2016)

«İndi özümə hörmət edirəm» adlı məqaləni oxuyun və görün Məsihin fidyə qurbanlığı barədə öyrənmək bir qadının həyatına necə təsir etdi.

«Müqəddəs Kitab həyatları dəyişir» («Gözətçi qülləsi», 1 avqust 2011)