Kontentə keç

Mündəricatı göstər

DƏRS 19

Yehovanın Şahidləri əsl məsihilərdir?

Yehovanın Şahidləri əsl məsihilərdir?

Biz Yehovanın Şahidləriyik və əsl məsihi olduğumuza əminik. Belə düşünmək üçün əsaslı səbəblərimiz var. Gəlin görək etiqadımızın əsasını nə təşkil edir. Biz nəyə görə Yehovanın Şahidləri adlanırıq? Bir-birimizi sevdiyimiz nədən görünür?

1. Yehovanın Şahidlərinin etiqadının əsasını nə təşkil edir?

İsa Məsih Allaha dua edəndə demişdi: «Həqiqət Sənin sözündür» (Yəhya 17:17). İsa Məsih kimi, Yehovanın Şahidləri də öz etiqadlarını həmişə Allahın Kəlamına əsaslandırır. Gəlin müasir tariximizə nəzər salaq. XIX əsrin sonlarında bir qrup insan birlikdə yığışıb Müqəddəs Kitabı dərindən araşdırmağa başladı. Bu insanların etiqadı Müqəddəs Kitabda yazılanlar əsasında formalaşırdı. Etiqadlarının kilsə təlimlərindən fərqlənməsi onları qətiyyən qorxuya salmırdı. Sonra onlar öyrəndiklərini başqalarına da danışmağa başladılar a.

2. Biz nəyə görə Yehovanın Şahidləri adlanırıq?

Yehova Ona ibadət edən kəsləri şahidləri adlandırır, çünki onlar insanlara Onun haqqında həqiqəti danışırlar (İbranilərə 11:4—12:1). Məsələn, qədim dövrdə Allah Öz xidmətçilərinə demişdi: «Siz Mənim şahidlərimsiniz». (Əşiya 43:10 ayəsini oxuyun.) İsa Məsih «Sadiq şahid» adlanır (Vəhy 1:5). Bütün bunları nəzərə alaraq, 1931-ci ildə biz Yehovanın Şahidləri adını götürdük. Bu adı daşımaq bizim üçün böyük şərəfdir.

3. Yehovanın Şahidləri məhəbbət göstərməkdə İsadan necə örnək alır?

İsa Məsih şagirdlərini çox sevirdi. Onlara doğma ailəsi kimi yanaşırdı. (Mark 3:35 ayəsini oxuyun.) Bu gün də Yehovanın Şahidləri arasında birlik hökm sürür. Onlar bütün dünyanı əhatə edən böyük bir ailənin üzvləridir. Buna görə də biz bir-birimizə bacı-qardaş deyirik (Filimona 1, 2). Biz həmçinin bu əmrə də tabe oluruq: «Bütün qardaşlığı sevin» (1 Butrus 2:17). Yehovanın Şahidləri bu məhəbbəti əməldə göstərir. Məsələn, dünyanın hansı yerində bacı-qardaşlarının köməyə ehtiyacı olsa, onlara yardım əli uzadırlar.

D Ə R İ N L İ Y Ə  V A R I N

Yehovanın Şahidlərinin tarixinə yaxından nəzər salın və onların əsl məsihi olduğunu göstərən sübutlarla tanış olun.

Əsl məsihilərin etiqadı Müqəddəs Kitaba əsaslanır və onlar öyrəndiklərini insanlarla bölüşür

4. Etiqadımızın əsasını Müqəddəs Kitab təşkil edir

Yehova qabaqcadan demişdi ki, Müqəddəs Kitabdakı həqiqət axırzamanda aşkara çıxacaq. Dənyal 12:4 ayəsini və haşiyəni oxuyun. Sonra növbəti sualı müzakirə edin:

  • Allahın xalqı Müqəddəs Kitabı araşdırdıqca nə çoxalmalı idi?

Görün bir qrup insan və Çarlz Rassel adlı bir şəxs Müqəddəs Kitabı necə araşdırırdı. VİDEOYA baxın və növbəti sualı müzakirə edin:

  • Çarlz Rassel və yoldaşları Müqəddəs Kitabı necə araşdırırdı?

Bilirsiniz?

Bəzən biz müəyyən təlimlərə verdiyimiz izahatı yeniləyirik. Nəyə görə? Necə ki günəş qalxdıqca hava daha da işıqlanır və ətrafdakı mənzərə aydın görünür, Allah da Öz Kəlamını bizlərə tədricən açır. (Məsəllər 4:18 ayəsini oxuyun.) Bəli, Müqəddəs Kitab dəyişmir, sadəcə biz Müqəddəs Kitabdakı hansısa təlimi daha yaxşı başa düşəndə ona verdiyimiz izahatı yeniləyirik.

5. Daşıdığımız ada layiq yaşayırıq

Nəyə görə biz Yehovanın Şahidləri adını götürdük? VİDEOYA baxın və növbəti sualı müzakirə edin:

  • Nəyə görə bizim Yehovanın Şahidləri adlanmağımız münasibdir?

Nəyə görə Yehova insanlardan Özünə şahid seçir? Çünki Onun barəsində çoxlu yalanlar var. Tək Allah olan Yehovanın şahidləri isə Onun haqqında həqiqəti bəyan edir. Gəlin bu gün geniş yayılmış yalanlardan ikisinə nəzər salaq.

Bəzi dinlər öyrədir ki, Allah insanlara ibadətdə surətlərdən istifadə etməyi buyurur. Bəs bu fikir doğrudur? Lavililər 26:1 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:

  • Bu ayədə hansı həqiqət yer alır? Yehova bütlərə necə yanaşır?

Bəzi din xadimləri İsanın Allah olduğunu öyrədir. Bəs bu fikir doğrudur? Yəhya 20:17 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:

  • Bu ayədə hansı həqiqət yer alır? İsa Allahdır?

  • Yehova Öz şahidlərinə buyurur ki, Onun haqda və Oğlu haqda həqiqəti təbliğ etsinlər. Bunu bilmək sizdə hansı hissləri doğurur?

6. Biz bir-birimizi sevirik

Müqəddəs Kitabda məsihilər bir bədənin üzvlərinə bənzədilir. 1 Korinflilərə 12:25, 26 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:

  • Dindaşları əzab çəkəndə əsl məsihilər nə etməlidir?

  • Yehovanın Şahidləri arasında məhəbbətin hökm sürdüyünü nədən görürsünüz?

Dünyanın hansısa hissəsində Yehovanın Şahidləri əzab çəkəndə bütün dünyadakı Şahidlər dərhal kömək əlini uzadır. Buna aid bir VİDEOYA baxın. Sonra növbəti sualları müzakirə edin:

  • Fəlakət baş verəndə Yehovanın Şahidləri məhəbbəti əməldə necə göstərirlər?

Əsl məsihilər darda olanlara məhəbbət göstərir

BƏZİ İNSANLAR DEYİR: «Yehovanın Şahidləri yeni yaranmış dindir».

  • Yehova Ona ibadət edən insanları nə vaxtdan şahidləri adlandırır?

İCMAL

Yehovanın Şahidləri əsl məsihilərdir. Biz bütün dünyanı əhatə edən böyük bir ailənin üzvləriyik, etiqadımız Müqəddəs Kitaba əsaslanır. Biz Yehova Allah barədə həqiqəti bəyan edirik.

Təkrar

  • Nəyə görə biz Yehovanın Şahidləri adını götürmüşük?

  • Biz bir-birimizi sevdiyimizi necə göstəririk?

  • Sizcə, Yehovanın Şahidləri əsl məsihilərdir?

Məqsəd

Ə L A V Ə  M Ə L U M A T

Görün Yehovanın Şahidləri yalan təlimləri necə ifşa edir.

«Allahın xalqı Onun adını ucaldır» (7:08)

Yehovanın Şahidləri ilə bağlı suallarınıza cavab tapın.

«Yehovanın Şahidləri haqqında tez-tez verilən suallara cavab» (veb-səhifə)

Nifrət hissi bir vaxtlar Stefanı zorakı insana çevirmişdi. Amma Yehovanın Şahidlərində gördüyü bir şey onu dəyişməyə təşviq etdi.

«Həyatım getdikcə daha da betər olurdu» («Gözətçi qülləsi», 1 iyul 2015)

a Əsas jurnalımız olan «Gözətçi qülləsi» 1879-cu ildən fasiləsiz olaraq nəşr olunur və Müqəddəs Kitabdakı həqiqətləri işıqlandırır.