Müqəddəs Yazılara aid suallara cavab
Pislik haradan qaynaqlanır?
Ümumiyyətlə insanlar sülhpərvər, dürüst və xeyirxah olmaq istəyirlər. Bəs onda nəyə görə biz tez-tez zorakılığın, haqsızlığın və qəddarlığın şahidi oluruq? Tükürpədici xəbərlər belə adiləşib. Bəlkə, insanları pis əməllərə sürükləyən biri var? (1 Yəhya 5:19 ayəsini oxuyun.)
Allah insanları pisliyə meyilli yaradıb? Xeyr. Yehova Allah insanları Öz bənzərində yaradıb, onlara Öz məhəbbətindən pay verib (Yaradılış 1:27; Əyyub 34:10). Bununla yanaşı, Allah insanlara seçim azadlığı verib. Ulu valideynlərimiz Adəmlə Həvva səhv davranaraq Allahın ülvi keyfiyyətlərini təzahür etdirmək istəmədilər və günahlı oldular. Bizə günaha meyil onlardan keçib. (Qanunun təkrarı 32:4, 5 ayələrini oxuyun.)
Biz həmişə pisliyə meyilli olacağıq?
Allah istəyir ki, biz pisliyə olan meylimizlə mübarizə aparaq (Məsəllər 27:11). Buna görə də Allah bizə pis əməllərdən gen gəzməyin və əsil xoşbəxtliyi tapmağın yolunu öyrədir. Amma hal-hazırda biz nə qədər istəsək də, Allah qədər məhəbbətli ola bilmərik. (Zəbur 32:8 ayəsini oxuyun.)
İndi hər tərəfdə pislik baş alıb gedir. Allah buna müəyyən vaxt ərzində yol verib ki, hamı onun acı nəticələrini görsün (2 Butrus 3:7—9). Lakin tezliklə yer üzü Allaha itaət edən xoşbəxt insanlarla dolacaq. (Zəbur 37:9—11 ayələrini oxuyun.)