Sevincimiz üçün bizimlə əməkdaşlıq edən ağsaqqallar
«Sevinciniz üçün sizinlə əməkdaşlıq edirik» (2 KOR. 1:24).
1. Pavelin Korinfdəki məsihçilər üçün sevinməsinə səbəb nə idi?
ERAMIZIN 55-ci ilidir. Həvari Pavel liman şəhəri olan Troasda olmasına baxmayaraq, elə hey Korinf haqqında düşünür. O, dərin kədər hissi keçirir, çünki qardaşlar arasında mübahisə düşdüyü barədə xəbər tutub. Buna görə də Pavel ata qayğısı ilə məsləhət vermək üçün onlara məktub yazır (1 Kor. 1:11; 4:15). O həmçinin əməkdaşı Titusu da onların yanına göndərir ki, vəziyyətin nə yerdə olduğunu öyrənib ona xəbər gətirsin. Troas Korinfdən uzaq olduğu üçün Pavel Titusun qayıtmasını artıq bir neçə aydır ki, səbirsizliklə gözləyir, ancaq o gəlib çıxmır. Belə vəziyyətdə Pavel nə edə bilərdi? O, Makedoniyaya yelkən açır və xoşbəxtlikdən orada Titusla qarşılaşır. Titus bildirir ki, Korinfdəki qardaşlar Pavelin məktubundakı məsləhətləri qəbul etdilər və səbirsizliklə onu görmək istəyirlər. Pavel bunu eşidəndə çox sevinir (2 Kor. 2:12, 13; 7:5—9).
2. a) Pavel korinflilərə iman və sevinc barədə nə yazmışdı? b) Biz hansı sualları nəzərdən keçirəcəyik?
2 Qısa müddətdən sonra Pavel Korinfdəki məsihçilərə ikinci məktubunu yazır. O, onlara deyir: «Bu o demək deyil ki, biz sizin imanınız üzərində ağalıq edirik, xeyr, siz öz imanınız sayəsində mətin dayanmısınız, biz isə sevinciniz üçün sizinlə əməkdaşlıq edirik» (2 Kor. 1:24). Pavel bununla nə demək istəyirdi və müasir dövrdəki ağsaqqallar onun sözlərindən nə öyrənə bilərlər?
İMANIMIZ VƏ SEVİNCİMİZ
3. a) «Öz imanınız sayəsində mətin dayanmısınız», — deyərkən Pavel nəyi nəzərdə tuturdu? b) Bu gün ağsaqqallar Pavelin nümunəsini necə izləyirlər?
3 Pavel öz məktubunda ibadətimizin vacib iki 2 Kor. 2:3). Bu gün ağsaqqallar Pavelin nümunəsini təqlid edərək həmimanlılarının imanlarına və hansı niyyətlə xidmət etmələrinə şübhə ilə yanaşmırlar (2 Salon. 3:4). Ağsaqqallar yığıncaqda ciddi qayda-qanunlar qoymaq əvəzinə, bacı-qardaşlara Müqəddəs Kitab prinsiplərinə və Yehovanın təşkilatı vasitəsilə verdiyi göstərişlərə əməl etməyə kömək edirlər. Axı ağsaqqallar həmimanlılarının imanı üzərində ağalıq etmirlər (1 Pet. 5:2, 3).
sahəsi — iman və sevinc barədə danışır. İman barədə o deyir: «Bu, o demək deyil ki, biz sizin imanınız üzərində ağalıq edirik, xeyr, siz öz imanınız sayəsində mətin dayanmısınız». Bu sözlərdən gördüyümüz kimi, Pavel başa düşür ki, Korinfdəki məsihçilər ona və ya hər hansı insana görə yox, Allaha olan imanlarına görə mətindirlər. O əmindir ki, bu qardaşların Yehovaya olan məhəbbəti böyükdür və həmişə Onun gözündə doğru olanı etmək istəyirlər. Buna görə də Pavel qardaşların imanlarını nəzarət altında saxlamağa ehtiyac olmadığını görürdü, onun heç belə etmək niyyəti də yox idi (4. a) «Sevinciniz üçün sizinlə əməkdaşlıq edirik», — sözləri ilə Pavel nə demək istəyirdi? b) Müasir ağsaqqallar Pavelin nümunəsini necə təqlid edirlər?
4 Pavel həmçinin qeyd edir: «Sevinciniz üçün sizinlə əməkdaşlıq edirik». Bu ifadəni deməklə o həm özünü, həm də əməkdaşlarını nəzərdə tutur. Biz nəyə görə bu nəticəyə gələ bilərik? Korinflilərə yazdığı həmin məktubda Pavel iki əməkdaşının adını — Siluanın və Timoteyin adını çəkir (2 Kor. 1:19). Məktublarında həmişə «əməkdaşlar» sözünü işlətməklə Pavel xoş xəbərin təbliğində onunla çiyin-çiyinə xidmət edən Apollosu, Akilanı, Priskanı, Timoteyi və başqalarını nəzərdə tutur (Rom. 16:3, 21; 1 Kor. 3:6—9; 2 Kor. 8:23). Pavel: «Sevinciniz üçün sizinlə əməkdaşlıq edirik», — deməklə korinfliləri əmin edirdi ki, yığıncağın bütün üzvlərinin sevincini artırmaq üçün o, əməkdaşları ilə birlikdə əllərindən gələni etmək istəyir. Bu gün də məsihçi ağsaqqallar həmimanlılarının Yehovaya sevinclə xidmət etmələri üçün bütün güclərini səfərbər edirlər (Məz. 100:2; Filip. 1:25).
5. Hansı sualın cavabını nəzərdən keçirəcəyik və biz nə etməliyik?
5 Bu yaxınlarda dünyanın müxtəlif ölkələrindən olan bir qrup bacı-qardaşa: «Ağsaqqalın hansı sözləri və hərəkətləri sevincinizi artırır?» — sualı verilmişdi. İndi onların cavablarını öz cavabınla müqayisə et. Üstəlik, yığıncaqda sevincin artması üçün nə edə biləcəyin barədə düşün *.
«ƏZİZ BACIMIZ PERSİSİ DƏ SALAMLAYIN»
6, 7. a) Ağsaqqallar İsanın, Pavelin və Allahın digər sadiq xidmətçilərinin nümunəsini necə təqlid edə bilərlər? b) Bacı-qardaşların adlarını yadda saxlamaq nəyə görə vacibdir?
6 Bir çox bacı-qardaşlar deyir ki, ağsaqqalın onlara səmimi maraq göstərməsi sayəsində sevincləri birə-beş artıb. Bəs ağsaqqallar səmimi maraq göstərməyi necə öyrənə bilərlər? Üsullardan biri Davudun, Elihunun və İsanın nümunəsini izləməkdir. (2 Şamuel 9:6; Əyyub 33:1; Luka 19:5 ayələrini oxu.) Yehovanın bu xidmətçiləri başqaları ilə maraqlandıqlarını onlara adları ilə müraciət etməklə göstərirdilər. Pavel də həmimanlılarının adlarını yadda saxlamağın və onlara adları ilə müraciət etməyin vacibliyini anlayırdı. O, «Romalılara məktub»unun sonunda 25-dən çox bacı-qardaşın adını çəkir və onlara salam göndərir. Onların arasında Persis adlı bacının adını da çəkərək deyir: «Əziz bacımız Persisi də salamlayın» (Rom. 16:3—15).
7 Bəzi ağsaqqallar adları yadda saxlamağa çətinlik çəkirlər. Ancaq onlar bu sahədə səy göstərsələr, sanki, həmimanlısına: «Sən mənim üçün əzizsən», — demiş olurlar (Çıx. 33:17). Ağsaqqallar «Gözətçi qülləsi» müzakirəsində və digər görüşlərdə bacı-qardaşlara adları ilə müraciət etməklə onların sevincini daha da artırırlar. (Yəhya 10:3 ayəsilə müqayisə et.)
O, AĞAMIZIN YOLUNDA ÇOX ZƏHMƏT ÇƏKİB
8. Pavel Yehovanı və İsanı nədə təqlid edirdi?
8 Pavel həmçinin başqalarını səmimi qəlbdən tərifləyirdi. Bu isə insanlara səmimi maraq göstərməyin digər üsuludur. Buna görə də qardaşların sevinci üçün çalışdığını deyən Pavel elə həmin məktubda belə sözlər qeyd edir: «Sizinlə böyük fəxr duyuram» (2 Kor. 7:4). Çox güman ki, bu cür tərif sözləri Korinfdə yaşayan bacı-qardaşların ürəyinə yağ kimi yayılırdı. Pavel həmçinin başqa yığıncaqları da tərifləyirdi (Rom. 1:8; Filip. 1:3—5; 1 Salon. 1:8). Romadakı yığıncağa yazdığı məktubunda Pavel Persisin adını çəkərək onun «Ağamızın yolunda çox zəhmət [çəkdiyini]» qeyd etmişdi (Rom. 16:12). Bu sözləri eşidən Persisin necə sevindiyini bir təsəvvür edin! Başqalarını tərifləməklə Pavel həm Yehovanın, həm də İsanın nümunəsini izləyirdi. (Mark 1:9—11; Yəhya 1:47 ayələrini oxu; Vəhy 2:2, 13, 19.)
9. Nəyə görə bir-birimizi tərifləmək yığıncaqdakı sevincin artmasına səbəb olur?
9 Bu gün də ağsaqqallar başa düşürlər ki, bacı-qardaşlara onları qiymətləndirdiklərini demək nə dərəcədə vacibdir (Sül. məs. 3:27; 15:23). Hər dəfə belə etməklə ağsaqqallar göstərirlər ki, həmimanlılarının qeydinə qalır və onların etdiklərini dəyərləndirirlər. Bacı-qardaşlarımızın tərif sözləri eşitməyə ehtiyacları var. 50 yaşlarında olan bir bacı belə deyir: «İşdə tərif sözlərini gec-gec eşidirəm. Orada insanlar bir-birinə qarşı soyuqdurlar və rəqabət aparırlar. Buna görə də yığıncaqda ağsaqqaldan tərif sözləri eşitmək mənə qol-qanad və güc verir. Onda hiss edirəm ki, səmavi Atam məni sevir». İki uşağını tək böyüdən bir qardaş eyni hissləri keçirir. Bu yaxınlarda ağsaqqal onu ürəkdən təriflədi. Görəsən bu, həmin qardaşa necə təsir bağışladı? O deyir: «Ağsaqqalın sözləri məni, həqiqətən də, ruhlandırdı!» Aydın məsələdir ki, ağsaqqallar həmimanlılarını tərifləyəndə bu, onları ruhlandırır və sevinclərini artırır. Bu isə, öz növbəsində, onlara yorulmadan Yehovaya xidmətlərini davam etdirmələrinə kömək edir (Yeşaya 40:31).
ALLAHIN YIĞINCAĞINA NƏZARƏT EDİN
10, 11. a) Ağsaqqallar Nehemyanın nümunəsini necə izləyə bilərlər? b) Başçəkmə zamanı ruhani ənam bəxş etməyə ağsaqqala nə kömək edə bilər?
10 Ağsaqqallar daha hansı üsulla yığıncaq üzvlərinə səmimi maraq göstərir və onların Yehovaya sevinclə xidmət etmələrinə kömək edirlər? Onları ruhlandırmaq üçün təşəbbüsü öz üzərlərinə götürürlər. (Həvarilərin işləri 20:28 ayəsini oxu.) Ağsaqqallar belə davranmaqla keçmişdəki nəzarətçiləri təqlid etmiş olurlar. Gəlin görək sadiq nəzarətçi Nehemya soydaşları ruhən zəifləyəndə nə etdi. Müqəddəs Kitabda deyilir ki, o, onları ruhlandırdı (Neh. 4:14). Bu gün də ağsaqqallar onun kimi davranmaq istəyirlər. Onlar təşəbbüsü üzərlərinə götürərək bacı-qardaşlarına imanda möhkəm qalmağa kömək edirlər. Əgər şərait yol verirsə, ağsaqqallar onları ruhlandırmaq üçün evlərində baş çəkirlər. Bu başçəkmələr zamanı onlar həmimanlılarına «ruhani ənam bəxş etmək» istəyirlər (Rom. 1:11). Ağsaqqallar bunu necə edə bilərlər?
11 İlk növbədə, ağsaqqal baş çəkəcəyi insan haqqında düşünməlidir. Məsələn, o, özünə növbəti sualları verə bilər: «Həmimanlımın hansı çətinlikləri var? Hansı sözlər onu ruhlandıra bilər? Müqəddəs Kitabın hansı ayəsi və ya personajı onun vəziyyətinə uyğun gəlir?» Ağsaqqal bu sualların üzərində əvvəlcədən düşünsə, onda edəcəyi söhbət faydalı olacaq. Bu başçəkmə zamanı ağsaqqal həmimanlısına diqqətlə qulaq asmalıdır (Yaq. 1:19). Bir bacı deyir: «Ağsaqqal sənə diqqətlə qulaq asanda qəlbində rahatlıq hiss edirsən» (Luka 8:18).
12. Yığıncaqda kimlərin ruhlanmağa ehtiyacı var və nəyə görə?
12 Bu cür başçəkmələrə ən çox kimlər ehtiyac duyur? Pavel ağsaqqallara məsləhət vermişdi ki, onlar «bütün sürüyə» fikir versinlər. Həqiqətən də, yığıncağın hər bir üzvünün, hətta uzun illər Yehovaya sədaqətlə xidmət edən təbliğçilərin və pionerlərin də ruhlanmağa ehtiyacı var. Nəyə görə? Çünki bu qəddar dünya ruhən möhkəm olan insanları belə sarsıdır. Misal üçün, gəlin Davud padşahın həyatına nəzər salaq və görək nəyə görə onun kimi Allahın güclü xidmətçisinin belə dostlarının köməyinə ehtiyacı ola bilər.
AVİŞAY KÖMƏYƏ ÇATDI
13. a) İşbi-Benov Davudun hansı vəziyyətindən istifadə etdi? b) Avişay Davudu necə vaxtında qurtardı?
13 Padşah seçiləndən qısa müddət sonra Davud rafalılardan olan nəhəng 1 Şam. 17:4, 48—51; 1 Saln. 20:5, 8). İllər sonra Davud filiştlilərlə döyüş zamanı rafa övladlarından olan İşbi-Benov adlı daha bir nəhəng cəngavərlə vuruşdu (2 Şam. 21:16). Lakin bu dəfə bu nəhəng Davudu az qala öldürmüşdü. Ancaq bunun səbəbi onun cəsarətini itirməsi yox, yorulub taqətdən düşməsi idi. Davudun yorulduğunu görən İşbi-Benov onu öldürmək istədi. Onu silahla vurmağa çalışanda «Seruya oğlu Avişay Davudun köməyinə çatıb həmin Filiştlini vurub öldürdü» (2 Şam. 21:15—17). Davud ölümün caynağından güc-bəla ilə qurtuldu. O, gözünü ondan çəkməyən və təhlükəli anda onun köməyinə yetişən Avişaya necə də minnətdar idi! Bu hadisədən nə öyrənə bilərik?
Qolyatla üz-üzə gəldi. Cəsarətli Davud onu öldürdü (14. a) «Qolyatabənzər» çətinliklərin öhdəsindən necə gələ bilərik? b) Ağsaqqallar başqalarına sevinclərini və güclərini bərpa etməyə necə kömək edə bilərlər? Nümunə çək.
14 Dünyanın hər bir guşəsində yaşayan Yehovanın xalqı, Şeytan və onun tərəfdarlarının maneçilik törətmələrinə baxmayaraq, xidmətlərini davam etdirirlər. Bizlərdən bəziləri böyük çətinliklərlə üzləşmiş, lakin Yehovaya güvənməklə «qolyatabənzər» problemlərin üzərində qələbə çalmışdır. Amma hərdən elə olur ki, bu dünyanın təzyiqləri ilə daima mübarizə aparmaq bizi taqətdən salır. Adi vaxtlarda öhdəsindən gəldiyimiz problemlər zəif anlarımızda bizi lap əldən sala bilər. Belə vaxtlarda ağsaqqalın köməyi sayəsində yenidən sevinc əldə edə və möhkəmlənə bilərik. Bunu bir çoxları öz üzərlərində hiss ediblər. 60-dan çox yaşı olan bir pioner bacı öz hisslərini bölüşür: «Bir qədər əvvəl özümü heç yaxşı hiss etmirdim və xidmətdən yorulurdum. Zəiflədiyimi görən ağsaqqal yaxınlaşıb mənimlə söhbət etdi və Müqəddəs Kitab vasitəsilə ruhlandırdı. Onun mənə verdiyi məsləhətdən çoxlu fayda əldə etdim. Ağsaqqalın vəziyyətimdən hali olub mənə kömək əli uzatması onun, həqiqətən də, necə məhəbbətli və qayğıkeş olduğunu göstərir». Bəli, məhəbbət dolu nəzərləri üzərimizdə olan və Avişay kimi vaxtında köməyimizə yetişən ağsaqqallarımızın olması bizə əsil qəlb rahatlığı verir!
«SİZİ NƏ QƏDƏR SEVDİYİMİ» BİLİN
15, 16. a) Həmimanlıları Paveli nəyə görə sevirdi? b) Nəyə görə biz qayğıkeş ağsaqqalları sevirik?
15 Nəzarətçilik işinin bir çox çətinlikləri var. Ağsaqqallar Allahın xalqı üçün keçirdikləri narahatçılıqlar barədə dua etmək və ya onlara dəstək olmaq üçün bəzən yuxusuz qalırlar (2 Kor. 11:27, 28). Pavel kimi, onlar da öz məsuliyyətlərini tam və ürəkdən yerinə yetirirlər. Pavel korinflilərə yazır: «Mən nəyim varsa hər şeyimi, hətta öz canımı belə, sizin yolunuzda fəda etməyə hazıram» (2 Kor. 12:15). Pavel bacı-qardaşlarına məhəbbətdən irəli gələrək onları möhkəmləndirmək üçün özünü fəda edirdi. (2 Korinflilərə 2:4 ayəsini oxu; Filip. 2:17; 1 Salon. 2:8.) Şübhəsiz, həmimanlıları da onu çox sevirdi (Həv. iş. 20:31—38).
16 Bu gün Allahın xidmətçiləri olan bizlər də qayğıkeş ağsaqqallarımızı sevir və duada Yehovadan onlara güc verməsini diləyirik. Eynilə, onlar da bizə səmimi maraq göstərəndə sevincimizin həddi-hüdudu olmur. Üstəlik, çox minnətdarıq ki, bu dünyanın təzyiqi bizi taqətdən salanda onlar dərhal köməyimizə çatırlar. Həqiqətən də, diqqətcil ağsaqqallar bizim sevincimiz üçün çalışan əməkdaşlardır.
^ abz. 5 Həmçinin həmin bacı-qardaşlara belə bir sual da verilmişdi: «Ağsaqqalda hansı xüsusiyyəti daha çox qiymətləndirirsən?» Əksəriyyəti: «Onun əlçatan olması», — deyə cavab veriblər. Bu vacib xüsusiyyət əlinizdəki jurnalın növbəti saylarının birində müzakirə olunacaq.