Kontentə keç

Mündəricatı göstər

ÜZ QABIĞINDAKI MÖVZU | FÖVQƏLTƏBİİ HADISƏLƏR. ONLARIN ARXASINDA NƏ DURUR?

Fövqəltəbii hadisələrə maraq

Fövqəltəbii hadisələrə maraq

«Vampirlər, qurd adamlar və zombilərlə bağlı əyləncələrin yerini getdikcə cinə tutulmuş insanları və ekzorsizmi nümayiş etdirən əyləncələr tutur» («The Wall Street Journal»)

CAVAN və yaşlı sehrbazlar, cazibədar cadugərlər, gözəl və yaraşıqlı vampirlər. Bunlar kitablarda, filmlərdə və video-oyunlarda məşhur olan fövqəltəbii * qəhrəmanlardan yalnız bəziləridir. İnsanlar onlara nəyə görə bu qədər maraq göstərir?

Sosiologiya professoru Klod Fişer yazır: «Əgər əvvəllər ruhlara on amerikalıdan biri inanırdısa, indi üç amerikalıdan biri inanır. Falçılara, ekstrasenslərə müraciət edən, ruhlara və kabus evlərə inanan amerikalı gənclərin sayı yaşlılara nisbətən təxminən iki dəfə çoxdur».

Ruhların insanların həyatına təsiri ilə bağlı hekayələrin yenidən dəbə minməsi təəccüblü deyil. Maykl Kalia yazır: «Cinlərin insanlarla təması haqda mövzunun yenidən gündəmə gəlməsinə səbəb ötən on il ərzində zombi, qurd adam və vampirlərə marağın artmasıdır» («The Wall Street Journal»).

Bir hesabata görə, «bütün dünyada ruhlara inanan insanların sayı 25 faizdən 50 faizə qalxıb və əksər xalqların ədəbiyyatında ruhlarla bağlı mövzular geniş yayılıb». Sosiologiya professoru Kristofer Beder və Karson Mankenin Birləşmiş Ştatlarda apardığı sorğuya əsasən, «məlum olub ki, amerikalıların 70—80 faizi paranormal hadisələrin ən azı bir növünə inanır».

Cindarlığa və paranormal hadisələrə maraq zərərsizdirmi?

^ abz. 4 Fövqəltəbii: təbii yolla izah oluna bilməyən, təbiətin qanunlarına tabe olmayan («Azərbaycan dilinin izahlı lüğəti»).