Nəyə görə insanlarda özünəhörmət qalmayıb?
ÖZÜNƏHÖRMƏT HİSSİ NƏYƏ GÖRƏ VACİBDİR?
Özünəhörmət hissi olan insanlar çətinliklərlə üzləşəndə əminliklə davranırlar. Onlar asanlıqla təslim olmurlar.
-
Tədqiqatlar göstərir ki, özü haqda müsbət düşüncədə olmayan insanlar narahatlıq keçirməyə, depressiyaya düşməyə və yanlış qidalanmağa meyilli olurlar. Belə insanların spirtli içki və narkotik aludəçisi olmaq ehtimalları daha çoxdur.
-
Özünə hörmət edən insanlar özlərini başqaları ilə müqayisə etmirlər. Bu xüsusiyyət onlara başqaları ilə daha yaxşı yola getməyə və möhkəm dostluqlar qurmağa kömək edir. Özünəhörmət hissi az olan insanlar isə hər şeyə tənqidi yanaşmağa meyilli olurlar və nəticədə, başqaları ilə münasibətləri korlanır.
-
Özünəhörmət hissi olan insanlar çətinliklərlə üzləşəndə qətiyyətli olurlar; yol vermirlər ki, uğursuzluqlar məqsədlərinə çatmağa mane olsun. Özünəhörmət hissi az olan insanlar isə kiçik uğursuzluqları böyük maneə kimi görürlər. Buna görə də asanlıqla təslim olurlar.
HÖRMƏT GÖSTƏRMƏYƏ SİZƏ NƏ KÖMƏK EDƏ BİLƏR?
Sizə müsbət təsir edən insanlarla dostluq edin. Hörmətcil, xeyrinizi düşünən və sizə stimul verən insanlarla oturub-durun.
Başqalarına kömək edin. Siz xeyirxah davranıb başqaları üçün, habelə yaxşılığınızın əvəzini verə bilməyən insanlar üçün nəsə etsəniz, verməyin gətirdiyi əsl xoşbəxtliyi duyacaqsınız. Hətta başqaları etdiyiniz xeyirxahlığı görməsə də, sevincinizi itirməyəcəksiniz.
Övladlarınıza özünəhörmət hissi yetişdirməyə kömək edin. Bunun bir yolu problemlərini gücləri çatan qədər özlərinin həll etməsinə izin verməkdir. Bu yolla uşaqlar problemlərini həll etməyi öyrənəcəklər. Beləcə, artıq indidən onların özünəhörmət hissi olacaq və böyüyəndə bu onlara böyük fayda gətirəcək.
YEHOVANIN ŞAHİDLƏRİ NECƏ HÖRMƏT GÖSTƏRİR?
Yehovanın Şahidlərinin ibadət görüşləri və Müqəddəs Kitab dərsləri insanlara həyatlarında müsbət dəyişikliklər etməyə, eləcə də özünəhörmət hissini artırmağa kömək edir.
HƏR HƏFTƏ KEÇİRİLƏN İBADƏT GÖRÜŞLƏRİMİZ
Hər həftə keçirilən ibadət görüşlərimizdə biz Müqəddəs Kitaba əsaslanan nitqlərdən zövq duyuruq. Bu nitqlərdə tez-tez özünəhörmət hissini artırmaqdan bəhs olunur. Görüşlərimiz pulsuz keçirilir. Qapılarımız hər kəsin üzünə açıqdır. Misal üçün, ibadət görüşlərimizdə öyrənəcəksiniz ki,..
-
Allah üçün nəyə görə dəyərlisiniz
-
həyatın əsas amalını necə tapa bilərsiniz
-
möhkəm və uzunömürlü dostluqları necə qura bilərsiniz
Siz həmçinin «bir-birinin qeydinə» qalan əsl dostlar tapacaqsınız (1 Korinflilərə 12:25, 26).
İbadət görüşlərimiz haqda ətraflı öyrənmək üçün jw.org saytında «İbadət görüşlərimiz necə keçirilir?» adlı videoya baxın.
MÜQƏDDƏS KİTAB DƏRSLƏRİMİZ
Biz insanlara «Əbədi xoşbəxt həyat!» kitabı vasitəsilə pulsuz Müqəddəs Kitab dərsləri təklif edirik. Bu dərs vəsaitində çoxlu ayələr, məntiqli izahatlar, effektiv suallar, təsirli videolar və gözəl şəkillər var. Müqəddəs Kitab dərslərimiz insanlara özünəhörmət hissinə sahib olmağa və həyatlarını yaxşılığa doğru dəyişməyə kömək edir.
Yehovanın Şahidlərinin Müqəddəs Kitab dərslərinin necə keçirildiyini görmək üçün jw.org saytında «Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?» adlı videoya baxın.