Xoşbəxtliyə aparan hikmətli nəsihətlər
«Bu dünyanın acınacaqlı vəziyyətini — müharibələri, yoxsulluğu, xəstəlikləri, uşaqlara qarşı zorakılığı görəndə çox pərişan oluram. Amma artıq gələcəyə ümidlə baxıram» (RANİ *).
Rani həqiqi hikmətin mənbəyi olan Yaradanımız barədə, Qadir Allah haqda öyrənəndə əsl xoşbəxtliyi tapdı. Jurnaldakı məqalələri oxuyarkən görün Allahın verdiyi hikmətli öyüd-nəsihətlər sizə növbəti sahələrdə necə kömək edə bilər:
xoşbəxt ailəyə sahib olmağa
insanlarla yaxşı münasibət qurmağa
həyatdan məmnunluq duymağa
iztirabların və ölümün səbəbini başa düşməyə
gələcəyə ümidlə baxmağa
Yaradanı tanımağa və Ona yaxınlaşmağa
Həmçinin görəcəksiniz ki, Yaradanın hikmətinə təkcə seçilmiş insanlar yox, arzu edən hər kəs yiyələnə bilər.
^ abz. 2 Adlar şərtidir.