Kontentə keç

Mündəricatı göstər

Maddi vəziyyət

Maddi vəziyyət

Bir çox insanlar Müqəddəs Kitabdakı məsləhətlərə əməl edərək pul problemlərini azaltmışlar.

YAXŞI PLAN QURUN

MÜQƏDDƏS KİTAB MƏSLƏHƏTİ: «Çalışqanın niyyəti uğur gətirər, tələskən ehtiyaca yuvarlanar» (Məsəllər 21:5).

MƏĞZİ: Tutduğunuz niyyətə cidd-cəhdlə riayət etmək uğur qazanmaq üçün vacib amildir. Buna görə də pulu xərcləməzdən əvvəl «niyyətinizi» müəyyən edin, yəni yaxşı plan qurun. Unutmayın ki, hər istədiyiniz şeyi ala bilməyəcəksiniz. Buna görə də pulunuzu ağılla xərcləyin.

TƏTBİQİ:

  • Büdcənizi aşmayın. Bütün xərclərinizi yazın və qruplaşdırın. Sonra hər biri üçün pul ayırın. Əgər birinə ayırdığınızdan artıq pul xərcləsəniz, o biri xərclərinizdən kəsin. Məsələn, əgər yanacağa planlaşdırdığınızdan artıq pulunuz çıxıbsa, daha az əhəmiyyətli şeydə qənaət edin.

  • Yersiz borca girməyin. Mümkün qədər çalışın, borc götürməyəsiniz. Bunun əvəzində, ehtiyacınız olan şeyi almaq üçün pul yığın. Kredit kart işlədirsinizsə, çalışın, faiz ödəməmək üçün hər ay borcunuzu tam ödəyəsiniz. Əgər borcunuz varsa və onu tezliklə qaytara bilməyəcəksinizsə, borcu qaytarmaq üçün plan tərtib edin və bu plana riayət edin.

    Bir araşdırma göstərir ki, kredit kart işlədən adamlar, adətən, daha çox pul xərcləyirlər. Əgər kredit kartınız varsa, ondan diqqətlə istifadə edin.

PİS XÜSİYYƏTLƏRDƏN ÖZÜNÜZÜ GÖZLƏYİN

MÜQƏDDƏS KİTAB MƏSLƏHƏTİ: «Tənbəl qış düşdü deyə, şum şumlamaz, biçin zamanı da heç nə tapmayıb dilənər» (Məsəllər 20:4).

MƏĞZİ: Tənbəllik yoxsulluğa gətirib çıxara bilər. Buna görə də zəhmətkeş olun, həmçinin sabahkı gün üçün kənara pul qoyun.

TƏTBİQİ:

  • Zəhmətkeş olun. Çalışqan və etibarlı işçi olun ki, gəlir yeriniz əlinizdən çıxmasın. Adətən, müdirlər çalışqan işçini itirmək istəmirlər.

  • Dürüst olun. İşdən oğurlamayın. Nadürüstlük adınıza ləkə gətirər və gələcəkdə iş tapmağınıza çətinlik törədə bilər.

  • Acgöz olmayın. Pula hərislik sağlamlığınıza, başqaları ilə münasibətlərinizə xələl gətirə bilər. Unutmayın, həyatda puldan vacib şeylər var.

DİGƏR MƏSLƏHƏTLƏR

Müqəddəs Kitabı jw.org saytında onlayn oxuyun (yüzlərlə dildə əlçatandır)

PİS VƏRDİŞLƏRƏ VAXT VƏ PUL SƏRF ETMƏYİN

«Əyyaş və qarınqulu yoxsulluğa düşər, mürgü döyən cır-cındır içində qalar» (MƏSƏLLƏR 23:21).

HƏDDƏN ARTIQ PUL DƏRDİ ÇƏKMƏYİN

«Buna görə sizə deyirəm, “nə yeyəcəyik?”, “nə içəcəyik?” deyə canınızdan ötrü, “nə geyəcəyik?” deyə bədəninizdən ötrü daha qayğı çəkməyin» (MƏTTA 6:25).

PAXIL OLMAYIN

«Paxıl adamın var-dövlətdən ötrü ürəyi gedir, daha bilmir ki, yoxsulluq onu yaxalayacaq» (MƏSƏLLƏR 28:22).