Həyat yoldaşı xəyanət edəndə
HƏYAT YOLDAŞININ xəyanəti çox ağır zərbədir. Düzdür, bəziləri özlərində güc tapıb peşman olan tərəfi bağışlayır və münasibətlərini bərpa etməyə çalışır *. Buna baxmayaraq, ailə dağılsa da, dağılmasa da, həyat yoldaşının xəyanəti ilə üzləşən hər kəs eyni cür əzab çəkir. Buna necə dözmək olar?
MÜQƏDDƏS KİTABIN KÖMƏYİ
Belə dəhşətli iztirablara baxmayaraq, xəyanətə uğrayan bir çox insanlar Müqəddəs Kitabdan təsəlli tapıblar. Onlar öyrəniblər ki, Allah onların göz yaşlarını görür, onların dərdini başa düşür (Məlaki 2:13—16).
«Fikirlər məni çulğayanda mənə təsəlli verib ovutdun» (Zəbur 94:19).
«Bu ayəni oxuyanda elə təsəvvür etdim ki, Yehova şəfqətli ata kimi, yarama məlhəm qoyur», — deyə Bill yada salır.
«Sadiq adamla sadiqsən» (Zəbur 18:25).
«Yoldaşım mənə xəyanət etsə də, mən Yehovanın sədaqətli olduğuna əmin idim. Bilirdim ki, O, heç vaxt məni atmaz». Bu sözlər həyat yoldaşı aylarla ona xəyanət edən Karmenin sözləridir.
«Heç nəyə görə narahat olmayın. Hər məsələ barədə diləyinizi dua və yalvarışla... Allaha bildirin. Onda Allahın hər bir ağıldan üstün olan sülhü ürəyinizi və fikirlərinizi... qoruyacaq» (Filippililərə 4:6, 7).
«Bu ayəni dönə-dönə oxuyurdum. Durmadan dua etdikcə Allah həyatıma sülh bəxş edirdi», — deyə Saşa bölüşür.
Bu adamların hamısında elə anlar olub ki, həyatdan əllərini üzüblər. Amma onlar Yehova Allaha güvəniblər, Onun Kəlamından güc tapıblar. Bill deyir: «Həyatımda hər şey alt-üst olanda imanım mənə yaşamağa güc verdi. O vaxt mənə elə gəlirdi ki, “qaranlıq dərədən keçirəm”, amma həmin anlarda Allah həmişə mənimlə olub» (Zəbur 23:4).
^ Bağışlayıb-bağışlamamaq barədə «Həyat yoldaşı xəyanət edəndə» adlı «Oyanın!» jurnalının 1999-cu il 22 aprel (rus.) sayındakı məqalələrdən oxuya bilərsiniz.