Hər kəsin verməli olduğu qərar
Qərarlarımızın nəyə əsaslandığı çox vacibdir. Bu, həyatımızın axarına təsir edir. Yehova bunu bilir, ona görə də verdiyi öyüd-nəsihətlərə uyğun yaşamağımızı istəyir.
Yehova dinc və xoşbəxt ömür sürməyimizi istəyir.
«Mən sənin Allahın Yehovayam, Mən sənin xeyrinə səni öyrədirəm, səni getməli olduğun yolla aparıram. Kaş əmrlərimə diqqət yetirəydin! Onda əmin-amanlığın çay kimi, salehliyin dəniz dalğaları kimi olardı» (Əşiya 48:17, 18).
Yaradanımız nəyin bizim xeyrimizə olduğunu daha yaxşı bilir. Buna görə də, verdiyi nəsihətlərə əməl etməyimizi istəyir. Onun buyruqlarına əməl edəndə onların xeyrimizə olduğuna şübhə etməyəcəyik və daima doğru seçimlər edəcəyik. Nəticədə, dinc və firavan ömür sürəcəyik.
Yehova bizdən müşkül bir şey istəmir.
«Bu gün sizə verdiyim əmr ağır, yaxud əlçatmaz deyil» (Qanunun təkrarı 30:11).
Allahın buyruqlarına əməl etmək üçün düşüncəmizdə və hərəkətlərimizdə nəyisə dəyişmək lazım gələ bilər. Bundan savayı, Yaradanımız gücümüzün nəyə çatdığını bilir və bizdən çox şey tələb etmir. Biz Yehovanı tanıdıqca görəcəyik ki, «Onun əmrləri... ağır deyil» (1 Yəhya 5:3).
Yehova öyüd-nəsihətləri ilə yaşayanlara kömək edəcəyinə söz verir.
«Mən, Allahın Yehova sənin sağ əlindən tutmuşam, sənə deyirəm: “Qorxma! Sənə kömək edəcəyəm”» (Əşiya 41:13).
Biz Allahın buyurduğu kimi yaşaya bilərik, çünki O bizə kömək edəcək. Kəlamı olan Müqəddəs Kitab vasitəsilə bizi ruhlandıracaq və bizə ümid bəxş edəcək.
Dünyanın dörd bir yanında milyonlarla insan Müqəddəs Kitabdakı buyruqlara uyğun yaşamağın həyatlarını yaxşılığa doğru dəyişdiyini görüblər. Siz də Müqəddəs Kitabdakı faydalı məsləhətlər haqda öyrənə bilərsiniz. Buna Müqəddəs Kitaba əsaslanan «Əbədi xoşbəxt həyat!» broşürünü araşdırmaqla başlaya bilərsiniz. Broşürü jw.org saytından pulsuz əldə edə bilərsiniz. Orada bu dərslər yer alır:
-
Müqəddəs Kitabın sizə faydası
-
Müqəddəs Kitab gözəl gələcək vəd edir
-
Müqəddəs Kitaba nəyə görə etibar etmək olar?
Müqəddəs Kitabı araşdırsanız görəcəksiniz ki, o köhnəlməyib və «həmişə, indidən ta əbədiyyətədək sabitdir» (Zəbur 111:8). Oradakı öyüdlərə əməl etməklə həyatda doğru seçim etmiş olarıq. Bununla belə, Allah bizi bu öyüdlərə uyğun yaşamağa məcbur etmir (Qanunun təkrarı 30:19, 20; Yuşə 24:15). Bu hər kəsin öz seçimidir.