Kontentə keç

Mündəricatı göstər

GÖZƏTÇİ QÜLLƏSİ № 2, 2017 | Allahın verdiyi ən gözəl ənam

Necə Fikirləşirsiniz?

Allahın biz insanlara bəxş etdiyi ən gözəl ənam hansıdır?

Allahın Kəlamında deyilir: «Onlar Məsih İsanın ödədiyi fidyə vasitəsilə qurtulub saleh sayılırlar. Bu, Allahın Öz lütfü sayəsində verdiyi bir ənamdır» (Romalılara 3:24).

«Gözətçi qülləsi» jurnalının bu sayında çox maraqlı bir mövzu müzakirə olunur: nəyə görə Allah İsa peyğəmbərin ölümünə izin verdi və nə üçün onun qurbanlığı ənam sayılır?

 

ÜZ QABIĞINDAKI MÖVZU

Bənzərsiz hədiyyə

Müqəddəs Kitab bənzərsiz bir hədiyyə haqda söz açır. Bu hədiyyə onu qəbul edən insanlar üçün əbədi həyat bəxş edir. Bundan dəyərli başqa bir hədiyyə varmı?

ÜZ QABIĞINDAKI MÖVZU

Allahın füsunkar ənamını dəyərli edən nədir?

Hədiyyəni dəyərli edən amillər hansılardır? Bu amillərin üzərində dərin düşündükcə fidyəyə olan minnətdarlığımız artacaq və ona görə Allaha şükr edəcəyik.

ÜZ QABIĞINDAKI MÖVZU

Verdiyi ənama görə Allaha şükr edin

İsa Məsihin məhəbbəti bizi nəyə təşviq edir?

Selibat Allahın tələbidir?

Əksər dinlərdə din xadimlərinin və ruhanilərin subay qalması tələbdir. Bəs Müqəddəs Kitab bu barədə nə deyir?

Köləlikdən qurtuluş. Keçmişdə və indi

Qədimdə Allahın xalqı qul həyatından xilas olmuşdu. Təəssüflər ki, bu gün də milyonlarla insan qul kimi işləyir.

Xeyirxahlığın xeyri

Xeyirxahlıq həm özümüzün, həm də başqalarının xeyrinədir. Xeyirxahlıq xüsusiyyəti əməkdaşlıq və dostluq münasibətlərini yaxşılaşdırır. Siz necə xeyirxahlıq edə bilərsiniz?

Müqəddəs Kitabın cavabı

Müqəddəs Kitabda deyilir ki, axırzamanda son dərəcə çətin bir vaxt gələcək. Söhbət bizim zəmanədən gedir?

Əlavə olaraq saytda