Yadınızdadırmı?
«Gözətçi qülləsi»nin son saylarını diqqətlə oxumusunuzsa, aşağıdakı suallara cavab verməyə çalışın.
Qardaşlar, məsələn, rayon nəzarətçiləri və yığıncaq ağsaqqalları təşkilatdan gələn göstərişlərə necə yanaşmalıdırlar?
Qardaşlar bu göstərişlərə dərhal tabe olmalıdırlar. Onlar özlərinə növbəti sualları verə bilərlər: «Mən ətrafımdakı insanların ruhani cəhətdən möhkəmlənməyinə kömək edirəm? Məsul qardaşların göstərişlərinə dərhal əməl edirəm?» (w16.11 s. 11).
Məsihilər Babil əsarətinə nə vaxt düşüb?
Bu, həvarilər öləndən dərhal sonra baş vermişdi. Həmin vaxt ruhanilər sinfi yarandı. Kilsə və dövlət dönük məsihiliyi dəstəkləyir, buğdaya bənzər məsihilərin səsini boğmağa çalışırdı. Amma 1914-cü ilə qədərki onilliklər ərzində məsh olunmuş məsihilər bu əsarətdən çıxmağa başlamışdı (w16.11 s. 23—25).
Lefevr d’Etaplın əsərini əhəmiyyətli edən nə idi?
1520-ci illər ərzində Lefevr Müqəddəs Kitabı fransız dilinə tərcümə etmişdi ki, fransız xalqı onu sərbəst oxuya bilsin. Onun Müqəddəs Kitab ayələrinə verdiyi izahatın Martin Lüterə, Vilyam Tindala və Jan Kalvinə güclü təsiri olmuşdu (wp16.6 s. 10—12).
«Cismani istəklər haqqında düşünmək» və «ruhani şeylər barəsində düşünmək» arasında hansı fərq var? (Rom. 8:6)
Cismani istəklər haqqında düşünmək odur ki, insanın fikri-zikri günahlı arzuların yanında olur, daim bədənin istəkləri barədə danışır. Ruhani şeylər barəsində düşünən insan isə diqqətini Allahın işinə cəmləyir və Onun düşüncə tərzinə yiyələnməyə çalışır. Bu cür məsihi müqəddəs ruha onun düşüncəsinə hakim kəsilməyə yol verir. Cismani istəklər haqqında düşünmək ölüm, ruhani şeylər barəsində düşmək isə həyat və sülh gətirir (w16.12 s. 15—17).
Narahatçılığı necə azaltmaq olar?
Mühüm şeyləri ön plana qoyun, özünüzə qarşı çox tələbkar olmayın, hər gün dincəlmək üçün vaxt ayırın, Yehovanın yaratdıqlarını seyr edin, yumor hissini qoruyun, müntəzəm idmanla məşğul olun və yuxuya kifayət qədər vaxt ayırın (w16.12 s. 22, 23).
«Hənuq imanı sayəsində köçürüldü ki, ölümü görməsin» (İbr. 11:5). Bu nə deməkdir?
Görünür, Yehova Hənuq peyğəmbəri ölüm yuxusuna elə qərq etdi ki, o, öldüyünü hiss etmədi (wp17.1 s. 12, 13).
Nəyə görə təvazökarlıq dəyərdən düşməyən xüsusiyyətdir?
Təvazökar olmaq özünə obyektiv yanaşmaq, öz məhdudiyyətlərini tanımaq deməkdir. Təvazökar insan başqaları ilə öz həddini bilən tərzdə davranır və gördüyü işin əhəmiyyətini şişirtmir (w17.01 s. 18).
Birinci əsrdə və bu gün Rəhbərlik Şurasını Yehova Allahın idarə etdiyinə hansı sübutlar var?
Birinci əsrdə Rəhbərlik Şurası müqəddəs ruhun sayəsində Müqəddəs Kitabdakı həqiqətləri başa düşmüşdü. Onlar mələklərin köməyi ilə təbliğ işinə nəzarət edir və qərar verəndə Allahın Kəlamına əsaslanırdılar. Bu amillər bu gün fəaliyyət göstərən Rəhbərlik Şurasına da aiddir (w17.02 s. 26—28).
Hansı dörd amil bizə fidyə qurbanlığının qədrini bilməyə kömək edir?
1) Onu kim verib; 2) hansı məqsədlə verilib; 3) onu verən bundan ötrü nələrdən keçib və 4) verilən hədiyyəyə nə dərəcədə ehtiyacımız var idi. Bu amillərin üzərində düşünmək vacibdir (wp17.2 s. 4—6).
Məsihi verdiyi qərarı dəyişə bilər?
Məsihi verdiyi sözün üstündə durmalıdır. Amma hərdən verdiyimiz qərarlara yenidən baxmaq lazım gələ bilər. Neynəva əhalisi tövbə edəndən sonra Yehova onlarla bağlı verdiyi qərarı dəyişdi. Biz də vəziyyət dəyişəndə və ya qərarımıza təsir edən yeni məlumat alanda eyni cür davranmalıyıq (w17.03 s. 16, 17).
Kiminsə haqqında mənfi danışmaq nəyə görə düzgün deyil?
Çünki bu, vəziyyəti gərginləşdirir. Həmçinin yadda saxlamalıyıq ki, haqlı da olsaq, haqsız da kiminsə pisinə danışmaq məsələni həll etmir (w17.04 s. 21).